Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2087

Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və “İnnovasiyalar Mərkəzi”nin birgə təşkilatçılığı ilə Masallı ASAN Həyat kompleksində Novruz adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə çatdırmaq məqsədilə “ASAN Həyat” Bahar Festivalı keçirilir. Mərasimdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova, eləcə də digər yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və əməkdaşları, yerli ziyalılar, təhsil, mədəniyyət işçiləri və digərləri iştirak edirdi. Tədbirdə rayonun bir çox kəndlərinin xalq sənətkarlığı nümunələri, milli naxışlarla bəzədilmiş müxtəlif suvenir və məişət əşyaları, milli, o cümlədən bölgəyə xas olan yemək və şirniyyat çeşidlərindən ibarət sərgi nümayiş olundu. Bununla yanaşı, müxtəlif rayonları təmsil edən ASAN Xidmət Mərkəzləri, ABAD, İctimai Birliklər, kommersiya qurumları, eləcə də incəsənət və digər yaradıcı kollektivlər, Masallı rayon Tarix-Diyarşünaslıq muzeyi və başqaları təklif etdikləri məhsul və xidmətləri çadırlarda və açıq havada qurulmuş sərgi və satış yarmarkalarında təqdim etdilər. Tədbirdə Novruzu qeyd edən digər dövlətlərin - İran İslam Respublikası, Türkmənistan və Özbəkistan Respublikalarının nümayəndələri də festivalda sərgi ilə iştirak edirdi.

Tədbirdə yerli incəsənət ustaları - Masallı rayon Mədəniyyət Mərkəzinin musiqi ifaçıları, solistləri və rəqs qruplarından ibarət kollektivi maraqlı musiqi və rəqs kompozisiyaları ilə çıxış etdilər. Festivalın ilk gününə iştirakçılar arasında keçirilən viktorina ilə yekun vuruldu.

Xatırladaq ki, festival 19 mart tarixinədək davam edəcək.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb