Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2081

“Mədəniyyət+Afişa” nəşrinin ilk sayı böyük maraq doğurub

“Mədəniyyət” qəzetinin yeni çapdan çıxan “Afişa” əlavəsi noyabrın 8-də “Park Bulvar” ticarət mərkəzində də paytaxt sakinlərinə və şəhərimizin qonaqlara təqdim edilib. Layihə Mədəniyyət Nazirliyi və “ASAN Könüllüləri" təşkilatının dəstəyi ilə həyata keçirilib.

Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə hazırlanaraq çap olunan nəşrin məqsədi paytaxt sakinlərini, eləcə də Bakıya gələn qonaqları şəhərdəki mədəniyyət ocaqlarının fəaliyyəti barədə məlumatlandırmaq, həmin məkanlara marağı daha da artırmaq, əhalinin mədəni istirahətinin daha dolğun təşkili üçün mədəniyyət müəssisələrinin fəaliyyətini təşviq etmək, onlara informasiya dəstəyi verməkdir.

Nəşrdə noyabr ayı üzrə Bakı şəhərindəki teatr və konsert müəssisələrinin aylıq repertuarı, sərgi salonlarının, kino nümayişi mərkəzlərinin afişası ətraflı şəkildə oxuculara təqdim olunur. Nəşrdə repertuar və afişalarla bərabər, müvafiq mədəniyyət ocağının ünvanı, telefon nömrələri qeyd olunub, ayrı-ayrı tamaşalar, konsert, film və sərgilər haqqında, onların mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, fotolar da verilib.

“Mədəniyyət+Afişa”nın ilk sayı paytaxtın sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Onlar layihənin əhəmiyyətini qeyd edərək belə aksiyaların davamlı olacağı ilə maraqlanıblar. Diqqətə çatdırılıb ki, nəşrin ayda bir dəfə çap olunması və yayılması planlaşdırılır. Mədəniyyət Nazirliyinin həyata keçirdiyi layihələrlə bağlı da məlumat verilib.

Qeyd edək ki, “Mədəniyyət+Afişa” gün ərzində 1 saylı “ASAN Xidmət” mərkəzində, metronun “Elmlər Akademiyası” və “İçərişəhər” stansiyalarında da pulsuz olaraq əhaliyə paylanılıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb