Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3096

Mədəniyyət naziri “Günün nəbzi” televiziya proqramının qonağı olub

Martın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan Televiziyasında “Günün nəbzi” proqramının qonağı olub.

Verilişdə martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, eləcə də mədəniyyət sahəsində aparılan islahatlar müzakirə olunub. Proqramda həmin görüşdə qaldırılan məsələlər, irəli sürülən təkliflər və mövcud problemlərin aradan qaldırılması istiqamətində atılan addımlardan danışılıb.

Nazir bildirib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşü cəmiyyətdə böyük əks-səda doğurub. Görüşdə mədəniyyət və incəsənətimizin müxtəlif sahələrinin inkişafı ilə bağlı fikirlər səsləndirilib. Qaldırılan məsələlərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib, bəzi məsələlər operativ həll olunub.

Qeyd olunub ki, mədəniyyət və incəsənət xadimlərinin mənzil şəraitinin, sosial durumunun yaxşılaşdırılması, onlara fəxri adların verilməsi və digər bu kimi məsələlər daim diqqətdə saxlanılır. Həmçinin ölkə başçısının sərəncamı ilə minimum əməkhaqqının artırılması nəticəsində Mədəniyyət Nazirliyinin sisteminə daxil olan muzeylər, kitabxanalar, klublar və digər mədəniyyət müəssisələrində çalışan işçilərin də əməkhaqqının artırılması təmin olunub.

Teleproqramda latın qrafikası ilə kitabların çap olunması, kitablarımızın beynəlxalq sərgilərdə nümayişi məsələsi haqqında da geniş danışılıb. Musiqi, teatr, folklor festivallarının keçirilməsi, Azərbaycan xalqının yaradıcılıq potensialının nümayişi işinin daha da gücləndiriləcəyi vurğulanıb.

Bildirilib ki, mədəniyyət və incəsənət xadimləri ilə görüşdən sonra Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar mədəniyyət sahəsinə dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Vurğulanıb ki, ölkə başçısının sərəncamında qeyd olunan milli kinematoqrafiyanın inkişaf konsepsiyası layihəsi ilə bağlı iş aparılır. Nazir həmçinin son illər çəkilən filmlərin beynəlxalq festivallarda ölkəmizi layiqincə təbliğ etdiyini də diqqətə çatdırıb.

Əbülfəs Qarayev deyib ki, ölkə başçısı mədəniyyət sahəsinin inkişafına xüsusi diqqət göstərir. Artıq bir neçə ildir ki, mədəniyyət sahəsində həyata keçirilən sistemli islahatlar bunu bir daha sübut edir. Mədəniyyət Nazirliyində islahatların davam etdirildiyini vurğulayan nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə baş idarəsi və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb. Əbülfəs Qarayev Prezident İlham Əliyevin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanın ölkəmizdə mədəniyyət sahəsinin müasir tələblərə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, fərman mədəniyyət sahəsində müasir sistemin qurulmasını, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsini, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılmasını nəzərdə tutur.

Dövlət başçısının mədəniyyət sahəsində islahatların sistemli şəkildə həyata keçirilməsini qarşıya məqsəd qoyduğunu diqqətə çatdıran nazir aparılan islahatlarda insan amilinin əsas götürüləcəyini deyib. Qeyd olunub ki, islahatların məqsədi kiminsə işdən çıxarılması, iş yerlərinin sayının azaldılması ilə bağlı deyil. Başlıca məqsəd mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkilidir.

Əbülfəs Qarayev sonda bir daha vurğulayıb ki, mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, görüşlər, islahatlar ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafına, göstərilən mədəni xidmətlərin səviyyəsinin daha da artırılmasını təmin edəcək.

Proqrama aşağıdakı link vasitəsilə ətraflı baxmaq mümkündür:

https://youtu.be/pRCOx86Nks4

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb