Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3825

Mədəniyyət naziri ön cəbhədəki hərbçilərimizlə görüşüb

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Əbülfəs Qarayev qəbuldan sonra Azərbaycan Ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkdi. Nazir əsgərlərin xidmət şəraiti ilə tanış oldu, əsgər kazarmasında, yeməkxanada oldu.

General-mayor Mayis Bərxudarov hərbçilərimizin yüksək döyüş hazırlığı haqqında məlumat verdi. Vurğulandı ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu hissələrimizin təchizatı ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll olunur, hərbçilərimiz işğal altındakı torpaqları azad etmək üçün veriləcək əmri yerinə yeritməyə hazırdır.

Nazir Əbülfəs Qarayev ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizi salamlayaraq bu görüşdən böyük məmnunluq duyduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr, o cümlədən ordu quruculuğu uğurla inkişaf edir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatına daim xüsusi diqqət göstərilir.  Bu diqqət və qayğı sayəsində Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Qəhrəman hərbçilərimiz 2016-cı ilin aprelində düşmənin ön cəbhədəki təxribatına layiqincə cavab verməklə bunu bir daha nümayiş etdirdilər. Məhz həmin zəfər sayəsində işğal altındakı torpaqlarımızın bir hissəsi, Lələtəpə yüksəkliyi, digər strateji yüksəkliklər düşməndən azad edildi, Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurduna qayırtdı. Vurğulandı ki, yenidən qurulan Cocuq Mərcanlı Qarabağ müharibəsində gələcək zəfərlərimizin müjdəsidir.

Nazir qeyd etdi ki, bu gün biz bütün sahələrdə, bütün cəbhələrdə düşmənlə mübarizə aparırıq. İşğalçı Ermənistan təkcə torpaqlarımızı deyil, tariximizi, mədəniyyətimizi, musiqimizi, milli mətbəximizi də hədəf alıb. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Bu gün mədəniyyət sahəsində çalışan insanlarımız da düşmənin irsimizə, tariximizə qarşı bəd əməllərinə, düşmənin məkrinə qarşı mübarizə aparırlar. Tarixi-mədəni irsimizi, mədəni dəyərlərimizi düşməndən qorumaq keçmişimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.

Nazir hərbçilərimizə yeni zəfərlər arzulayaraq Ali Baş Komandan rəhbərliyi ilə, əsgər və zabitlərimizin əzmi, qəhrəmanlığı sayəsində bütün torpaqlarımızın düşməndən azad olunacağına inamını ifadə etdi.

Sonda hərbçilərə kitablar, film izləmək üçün ləvazimatlar, milli filmlərin diskləri hədiyyə olundu.

Hərbi hissənin komandanlığı adından nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim olundu.

Nazir mətbuata açıqlamasında Cocuq Mərcanlı kəndində keçirilən qəbulun, eləcə də ön cəbhədəki hərbçilərimizlə görüşün əhəmiyyətini vurğuladı.

Yerlərdə vətəndaşlarla keçirilən bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində önəmindən bəhs edən nazir bildirdi ki, budəfəki görüş xüsusi əhəmiyyət daşıyır. Çünki bu görüş 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən sonra yenidən qurulan Cocuq Mərcanlı kəndində keçirilirdi. Bu kəndin sakinləri doğma torpağına qayıdıb, ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində kənd yenidən qurulub. Bizim fədakar vətəndaşlarımız bu gün öz doğma torpağında, təhlükəsiz şəraitində yaşayır.

Nazir vurğuladı ki, qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib: “Mədəniyyət sahəsində işin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətlər oldu. Burada qaldırılan bütün məsələlərin öz həllini tapacaq”.

Diqqətə çatdırıldı ki, kənddə müxtəlif tədbirlərin təşkil olunmasında mədəniyyət işçiləri də daha yaxından iştirak edirlər. Martın 12-də Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçiriləcək.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi