Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
865

Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşları qəbul ediblər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 24-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxı rayon Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ rayonlarından, nazir müavini Rafiq Bayramov Ağsu rayon Heydər Əliyev Mərkəzində Ağsu rayonundan olan vətəndaşları qəbul ediblər.

Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Nazir Əbülfəs Qarayevin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən Şamaxı rayonunda aşıq Məmmədağa Babayevin büstünün ucaldılması, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin nəzdində “Şəxsiyyətlər muzeyi”nin yaradılması, “Yeddi günbəz” kompleksinin bərpa olunması, Sündü kəndində olan mağaraya inventar nömrəsinin, Şirvan folklor kollektivinə “xalq kollektivi” adının verilməsi ilə bağlı müraciətlər edilib. Həmçinin Qobustan rayon Rəşid Behbudov adına Musiqi məktəbi üçün konsert zalının tikilməsi, Şamaxıda səsyazma studiyasının yaradılması, Dəmirçi Arxeologiya Muzeyinin nazirliyin balansına verilməsi, fəxri adlar, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət də səslənib.

* * *

Nazirin birinci müavini Vaqif Əliyevin keçirdiyi qəbulda İsmayıllı və Qəbələ rayonlarından olan vətəndaşların müraciətləri xalq teatrlarının rejissorları üçün paytaxt teatrlarında praktiki məşğələlərin təşkili, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təchizatı, İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyinin nazirliyin balansına verilməsi, Qəbələ Dövlət Rəsm Qalereyası üçün inzibati binanın tikilməsi, rayon MKS-lərə yeni kitabların verilməsi, “Lahıc” xalq kollektivinə ştat vahidlərinin ayrılması bərədə olub.

* * *

Nazir müavini Rafiq Bayramovun iştirak etdiyi qəbulda Ağsu rayon sakinləri tərəfindən ölkədəki Heydər Əliyev mərkəzlərinə tanışlıq turlarının təşkili, Ağsu Uşaq musiqi məktəbinin incəsənət məktəbinə çevrilməsi, məktəb üçün yeni binanın tikilməsi, Tarix-diyarşünaslıq muzeyinin təmiri və ekspozisiyasının yenidən qurulması və digər məsələlər barədə müraciətlər edilib.

* * *

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə qəbullarda 50 nəfərdən çox vətəndaşın müraciətinə baxılıb.

Qəbuldan sonra mətbuata açıqlama verən mədəniyyət naziri Əbülfəs Qarayev vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əhəmiyyətini qeyd edib: “Bugünkü qəbulda mədəni xidmətlərin səviyyəsinin artırılması, müasir tələblər səviyyəsində qurulması kimi məsələlər qaldırıldı, eyni zamanda fərdi qaydada baxılmalı olan məsələlər də var. Həmçinin bölgədə olan tarixi abidələrin bərpası, qorunması ilə bağlı məsələlər də xüsusi diqqətdə saxlanılacaq”.

Nazir vurğulayıb ki, Şamaxı şəhəri Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib. Bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar Şamaxıda festivalın keçirilməsinə hazırlıq həyata keçirilir. Həmçinin Mirzə Ələkbər Sabirin ev-muzeyinin daxili tərtibatı tamamlanmaq üzrədir.

Əbülfəs Qarayev mayın 24-də nazir müavinləri tərəfindən İsmayıllı, Qəbələ və Ağsu sakinlərinin qəbulunun keçirildiyini də diqqətə çatdıraraq deyib ki, bu cür görüşlər vətəndaşları narahat edən məsələlərin operativ həll olunmasına şərait yaradır.

XƏBƏRLƏR

16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub