Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1990

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Fransanın Paris şəhərinə səfər etmişdir

2019-cu ilin 19 mart tarixində Novruz bayramının UNESCO-nun Bəşərriyyətin Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahıya daxil eilməsinin 10 illiyi münasibətilə UNESCO-nun mənzil gərargahında Azərbaycan, Əfqanıstan, İran, İraq, Türkiyə, Türkmənistan, Qazaxıstan, Tacikistan, Pakistan və Hindistanın bu qurumun yanındakı daimi nümayəndəliklərinin təşəbbüsü ilə Novruz bayramı təntənəli şəkildə qeyd olunmuşdur. Tədbirdə xarici ölkələrin yüksək vəzifəli rəsmi şəxsləri ilə yanaşı Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti və Azərbaycanın Xalq artisti, tanınmış muğam ustası Alim Qasımov iştirak etmişdi. UNESCO baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone Ramirez tədbirdə çıxış edərək Novruz bayramının 2009-cu ildən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salındığını, BMT Baş Məclisinin qərarı ilə hər il martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunduğunu bildirmişdir.
Eyni zamanda tədbirin digər rəsmiləri Novruz bayramının xalqların zəngin milli-mənəvi dəyərlərini, tarixi adət-ənənələrini qoruyub saxladığını vurğulamış, Novruz bayramının sülh, həmrəylik kimi ümumbəşəri dəyərləri əks etdirdiyini, nəsildən-nəslə ötürülən milli mənsubiyyət nümunəsi olduğunu diqqətə çatdırmışdır. Daha sonra UNESCO-nun mənzil-qərargahına konsert vermək üçün dəvət olunan Azərbaycanın Xalq Artist, 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülmüş Alim Qasımov qonaqlara təqdim olunmuş və görkəmli xanəndənin fəaliyyəti barədə məlumat verilmişdir.
Alim Qasımov isə öz növbəsində tədbirin iştirakçılarını muğamla salamlamış və Novruz bayramı münasibətilə qonaqları təbrik etmişdir.
Bayram tədbirində təşkilatçı ölkələrin milli musiqiləri və rəqsləri ifa edilmiş, həmçinin həmin ölkələrin mətbəxinin nümayişi ilə yanaşı Azərbaycanın milli mətbəxinin ləziz nümunələri də tədbir iştirakçılarına təqdim edilmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi