Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3957

Mədəniyyət Nazirliyi 2018-ci ilə yekun vurub

Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi Aparatı işçilərinin və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2018-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.

İclası mədəniyyət naziri Əbülfəs Qarayev açaraq gündəlikdə duran məsələlərlə bağlı məlumat verdi. Bildirdi ki, gündəliyə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in yekunları, Mədəniyyət Nazirliyinin 2018-ci il ərzində gördüyü işlər haqqında hesabat və Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarısı üçün iş planının təsdiq olunması daxildir.

Əbülfəs Qarayev vurğuladı ki, Prezident İlham Əliyevin bu ilin aprelin 20-də imzaladığı “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb. Bununla əlaqədar nazirliyin strukturunda bir sıra islahatlar aparıldı. İslahatların əhəmiyyətini yüksək qiymətləndirən nazir qeyd etdi ki, struktur islahatlarının reallaşdırılmasında əsas məqsəd ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və uğurlu şəkildə həyata keçirilməsidir.

Bildirildi ki, bu il nazirliyin kollegiyasının yeni tərkibi təsdiq olunub. Həmçinin nazirliyin kollektivinin üzvlərindən bir neçə şəxs müxtəlif dövlət orqanlarında məsul vəzifələrə təyinat alıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, nazirliyin şöbə müdiri Vüqar Şıxəmmədov Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yaşar Əliyev Dövlət Attestasiya Komissiyasının Humanitar məsələlər üzrə şöbəsinin müdiri təyin olunub.

Təyinatlarla bağlı təbriklərini çatdıran Əbülfəs Qarayev hər üç şəxsə nazirliyin fəxri fərmanlarını təqdim etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

* * *

Sonra gündəlikdəki birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” ilinin yekunları barədə məruzə ilə çıxış etdi. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 2 iyun tarixli sərəncamına əsasən yaradılan müvafiq Təşkilat Komitəsi tərəfindən “İslam Mədəniyyətinin Paytaxtı” ili çərçivəsində tədbirlər yüksək səviyyədə həyata keçirilib.

“Naxçıvan İslam mədəniyyətinin paytaxtı-2018”in internet səhifəsi yaradılıb, poçt markası, buklet, suvenirlər hazırlanıb. 2017-ci il iyulun 7-də “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” beynəlxalq konfrans, dekabrın 6-da “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. “İslamda müdrik kəlamlar”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “Naxçıvan buzxanaları”, “Naxçıvan hamamları”, “Naxçıvan türbələri” kitabları, eləcə də mütəfəkkir Nemətullah Naxçıvaninin “Qurani-Kərim”in təfsirinə həsr olunmuş çoxcildliliyinin birinci cildi tərcümə edilərək nəşr olunub, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslam mədəniyyətinin paytaxtı Naxçıvan” televiziya filmləri hazırlanıb. 2018-ci ildə Şərur rayonunun Yengicə kəndindəki Şərq hamamında, Nehrəm imamzadəsində, Naxçıvan şəhər imamzadəsində və Kəngərli rayonundakı Qarabağlar türbəsində əsaslı bərpa işləri aparılıb.

2018-ci il iyunun 20-də “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” ilinin rəsmi açılışından sonra bir sıra tədbirlər, o cümlədən, dünya şöhrətli türkiyəli ebru sənətçisi Hikmət Barutcugilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgi, İran rəssamı və miniatür ustası Mahmud Farçciyanın sənət sərgisi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Dədə Qorqud” Kamera orkestrinin konserti, “İslam filmləri həftəsi”, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı” mövzusunda beynəlxalq konfrans keçirilib. Vurğulandı ki, “İslam mədəniyyətinin paytaxtı” yüksək səviyyədə keçirilməsi islam ölkələrinin nümayəndə heyətləri, həmçinin İSESCO rəhbərliyi tərəfindən təqdirlə qeyd olunub.

Bu məsələ barədə fikirlərini bölüşən mədəniyyət naziri, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” Təşkilat Komitəsinin sədr müavini Əbülfəs Qarayev diqqətə çatdırdı ki, bu il dekabrın 15-də Naxçıvan şəhərində “mədəniyyət paytaxtı” ilinin bağlanış mərasimi də yüksək səviyyədə keçirildi. Həmin tədbirdən sonra İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə telefonla danışdığını deyən nazir bildirdi ki, İSESCO rəhbəri Naxçıvanın 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı adına layiqincə doğrulduğunu bir daha xüsusi vurğulayıb.

* * *

Daha sonra Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin 2018-ci il ərzində gördüyü işlər haqqında hesabatla çıxış etdi.

İl ərzində Mədəniyyət Nazirliyinin fəaliyyətinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, eləcə də müvafiq dövlət proqramlarının icrası istiqamətində həyata keçirildiyini qeyd edən nazir 2018-ci ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, ölkəmizin mədəniyyətinin təbliği istiqamətində görülən işlər, həyata keçirilən layihələr və əldə olunan nailiyyətlərdən ətraflı söz açdı.

Nazir həmçinin dövlət başçısının müvafiq sərəncamınadək, yəni 2018-ci ilin aprel ayınadək olan nazirliyin fəaliyyət dairəsinə daxil olmuş turizminin inkişafı istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, ilin birinci rübündə ölkəmizə gələn turistlərin sayında ötən ilin müvafiq dövrünə  nisbətən 13 faiz artım qeydə alınmışdı. Nazir mədəniyyət sahəsində fəaliyyət göstərən qurumları ölkə turizminin inkişafı üçün bundan sonra da səy və dəstəyini əsirgəməmələrini diqqətə çatdırdı.

Başa çatan ildə ölkəmizdə mədəniyyətin inkişafı və dünyada təbliği barədə danışan nazir vurğuladı ki, bu il də Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə, mədəniyyətlə bağlı mötəbər forum və konfranslara ev sahibliyi edib. Bu il Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Bakı prosesi”inin 10 illiyi qeyd olunub. Nazirlik VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək keçirilməsində yaxından iştirak edib. Bütün bu tədbirlər Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb.

Nazir mədəni irsimizin təbliği ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə keçirilən tədbirləri xüsusi qeyd etdi, Fondun təşkilatçılığı və nazirliyin iştirakı ilə bir sıra beynəlxalq festivalların, layihələrin reallaşdırıldığını diqqətə çatdırdı. Nazir bu sırada sentyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş Nəsimi - şeir, sənət və mənəviyyat Festivalını xüsusi qeyd etdi.

Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda 7-14 mart tarixində ənənəvi, “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı,  18-26 sentyabr tarixində isə Üzeyir Hacıbəyliyə həsr olunmuş X Beynəlxalq Musiqi Festivalı keçirilib. Bakıda Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsi, eləcə də 14-28 oktyabr tarixində Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Fondu tərəfindən ənənəvi Bakı Beynəlxalq Caz festivalı təşkil olunub.

Başa çatmaqda olan 2018-ci ilin uğurlarından söz açan Əbülfəs Qarayev bildirdi ki, bu il ölkəmizin mədəni həyatında da mühüm hadisələrlə yadda qalıb, o cümlədən xalqımızın yaratdığı mədəniyyət abidələrinin, milli irs nümunələrinin UNESCO-nun müvafiq siyahılarında yer alması prosesi davam edib. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Mavriki Respublikasında keçirilən 13-cü sessiyasında Azərbaycanın təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”  nominasiya faylı isə çoxmillətli mədəniyyət nümunəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Nazir bu nailiyyətlərin əldə olunmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO-dakı nüfuzunun xüsusi rolunu diqqətə çatdırdı. Vurulandı ki, bu istiqamətdə görülən işlər mədəni dəyərlərimizin dünya miqyasında tanınması baxımından böyük əhəmiyyət daşıyır.

Nazir qeyd etdi ki, 2018-ci il tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlamətdar olub. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması haqqında müvafiq sərəncamlarına uyğun olaraq il ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə silsilə tədbirlər, həmçinin nazirliyin dəstəyi ilə Azərbaycanda, həmçinin xarici ölkələrdə bir sıra konsert proqramları təşkil olunub. Mayın 28-də bu münasibətilə “Cristal Hall” da möhtəşəm konsert proqramı keçirilib. Nazirliyin təşəbbüsü ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı da Cümhuriyyətin 100 illiyinə həsr olunub.
Diqqətə çatdırıldı ki, ötən illərdə olduğu kimi, 2018-ci ildə də dövlət başçısı bir sıra mədəniyyət, incəsənət xadimlərinin, yazıçı və şairlərin, eləcə də mədəniyyət ocaqlarının yubileyləri haqqında müvafiq sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası ilə bağlı nazirlik tərəfindən digər aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanaraq həyata keçirilib. Sumqayıt və Mingəçevir Dram teatrlarının 50, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi, Qara Qarayev, Gülxar Həsənova, Mehdi Məmmədov, İmran Qasımovun, Həsən Məmmədov, Həsən Turabov, Elza İbrahimova, İsa Muğanna, Mikayıl Müşfiq, Aşıq Şəmşirin ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq yubileyləri qeyd olunub. Fransanın nüfuzlu “Metso” televiziyasında dahi bəstəkar Qara Qarayevin 100 illiyi ilə əlaqədar silsilə verilişlər, konsertlər nümayiş etdirilib. Bütün bunlar Azərbaycan mədəniyyətinin təbliği və tanıdılması istiqamətində mühüm işlərdir.

Nazir bu günlərdə SSRİ Xalq rəssamı Tahir Salahovun 90 illiyinə həsr olunmuş Bakı Ekspo Mərkəzində böyük sərgisini də ilin mühüm mədəniyyət hadisəsi kimi səciyyələndirdi.

Məruzədə milli kinonun inkişafı istiqamətində atılan addımlardan da söz açıldı, bu il ölkə başçısının sərəncamı ilə Azərbaycan kinosunun 120 illik yubileyi çərçivəsində silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırıldı. Nazirliyin dəstəyi ilə keçirilən 9-cu START Beynəlxalq Qısa Filmlər Festivalının  müsabiqə proqramına 30 ölkədən 100 film nümayiş olunub. Bu il 7 filmimiz dünyanın 13 ölkəsində keçirilmiş 17 beynəlxalq festivalda 20 dəfə iştirak edərək, 12 mükafat qazanıb. Eyni zamanda Azərbaycanda bir sıra ölkələrin kino günləri keçirilib, bu sahədə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması işləri davam etdirilib.

Mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışan Əbülfəs Qarayev nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həyata keçirdiyi işlərdən söz açdı. Bildirdi ki, bu yaxınlarda Azərbaycan Milli İncəsənət Muzeyinin 3-cü korpusunun təmir-bərpadan sonra açılışı olub. Həmçinin Gəncədə Şah Abbas Karvansarasının, Sabunçu rayonunda Hacı Şəhla məscidində və bir sıra digər mədəniyyət obyektlərində təmir işləri yekunlaşıb, Şəkidə Gileyli məscidində bərpa işləri isə davam etdirilir.

Hər il nazirliyin dəstəyi ilə müxtəlif kitabların nəşr olunduğunu deyən Əbülfəs Qarayev qeyd etdi ki, kitaba marağın artırılması istiqamətində müxtəlif tədbirlər  həyata keçirilib. Azərbaycan kitabının dünyada tanıdılması layihəsi üzrə işlər davam etdirilir.

Nazir çıxışında teatr sahəsinin inkişafını səciyyələndirən amillərdən də danışdı. Vurğulandı ki, ölkə başçısının bu sahə ilə bağlı imzaladığı sərəncamlar, həyata keçirilən müvafiq dövlət proqramı artıq öz bəhrəsini verir. Teatr binalarında əsaslı təmir və yenidənqurma işləri paytaxtla yanaşı, regionlarda da davam etdirilir. Bildirildi ki, bir neçə gün öncə Şuşa Dövlət Musiqili Dram Teatrının binası əsaslı təmir olunaraq istifadəyə verilib. Həmçinin gələn il İrəvan Dövlət Azərbaycan Dram Teatrının binasında da təmir işlərinə başlanılacaq.

Bu il regionlarda mədəniyyətinin inkişafı, göstərilən mədəni xidmətlərin səviyyəsinin artırılması istiqamətində görülən işləri xatırladan nazir bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar ölkəmizin bütün rayonlarını əhatə edən “Bölgələrdən bölgələrə” incəsənət festivalı böyük əks səda doğurub.

Avropa İttifaqının Tvininq layihəsinin ölkəmizdə tətbiqi işinin diqqətdə saxlanıldığını deyən Əbülfəs Qarayev bu istiqamətdə işlərin davam etdirildiyini vurğuladı.

Nazir qeyd etdi ki, ölkəmizdə mədəniyyət bağlı keçirilən tədbirlər, layihələr müxtəlif media orqanlarında geniş işıqlandırılıb. Xarici ölkələrin televiziya kanallarında verilişlər yayımlanıb.

Nazir sonda bir daha diqqətə çatdırdı ki, 2019-cu ildə əsas hədəf bütün sahələrdə müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və göstərilən xidmətləri günün tələbləri səviyyəsinə çatdırmaqdan ibarətdir.

Kollegiya iclasında 2018-ci ilin yekunlarına dair hesabat qəbul edildi. Həmçinin Mədəniyyət Nazirliyinin 2019-cu ilin birinci yarım ilinin iş planı təsdiq olundu.

Əbülfəs Qarayev növbəti ildə nəzərdə tutulan işlərin həyata keçirilməsində hər kəsə uğurlar arzuladı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb