Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3053

Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı

Mayın 20-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Mədəniyyət Nazirliyi arasında “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair birgə Fəaliyyət planı” ilə bağlı sənəd imzalandı. Sənəd 2019-2020-ci illəri əhatə edir.

Tədbirdə çıxış edən Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təkcə siyasi sahədə deyil, ölkəmizin mədəni həyatında da mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, bu gün YAP-ın ölkəmizin bütün təbəqələrini özündə birləşdirən 740 min nəfər fəal üzvü var. Partiyada xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur.

Əli Əhmədov bildirdi ki, partiyanın təşkilatçılığı ilə müxtəlif mədəniyyət tədbirləri keçirilir: “Bu gün imzalanacaq sənəd də bu işdə mühüm rol oynayacaq. Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizə “Nəsimi ili” elan edilib. Tədbirlər planı çərçivəsində bununla bağlı da müxtəlif layihələr reallaşdırılacaq. Mədəniyyət və incəsənət nümayəndələri ilə qarşılıqlı fəaliyyətə yeni təkan vermək niyyətindəyik. Partiyamızın Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirməsi cəmiyyətdə maraq doğuracaq. Birgə əməkdaşlıq fəaliyyətinin istiqamətlərini daha da genişləndirə bilərik. Eyni zamanda partiyamızın gənc üzvləri ilə tanınmış mədəniyyət xadimlərinin görüşləri təşkil oluna bilər”.

Mədəniyyət naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin ölkəmiz qarşısındakı xidmətlərindən danışaraq qeyd etdi ki, ümummilli lider hər zaman fəaliyyətində xalqına arxalanırdı. Həmişə Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndər onun inkişafı, təbliği istiqamətində mühüm addımlar atıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər həyata keçirir: “Azərbaycan xalqının ən çətin məqamında ulu öndər Heydər Əliyev ölkəyə qayıdaraq vətənimizi tənəzzüldən qurtardı. Onu inkişaf etdirərək tamamı ilə yeni bir mərhələyə qaldırdı. Bu gün ölkəmiz yeni inkişaf yoluna qədəm qoyaraq daha böyük uğurlara imza atır”.

Əbülfəs Qarayev YAP-la Mədəniyyət Nazirliyinin həyata keçirəcəyi birgə fəaliyyətin ölkəmizin mədəni həyatının daha da inkişafına xidmət edəcəyini bildirdi. Təqdim olunan Fəaliyyət planının əhəmiyyətindən bəhs edən nazir bu sənəd çərçivəsində bir sıra mühüm tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğuladı: “Yeni Azərbaycan Partiyası ilə mədəniyyət sahəsində həyata keçiriləcək bu tədbirlər ölkəmizin mədəni həyatının, insanların mədəni fəaliyyətlərdə daha geniş təmsil olunmasını təmin edəcək. Bu layihə ölkə miqyasında həyata keçiriləcək”.

Nazir vurğuladı ki, bu gün ölkəmizin hər yerində yüksək şəraiti olan Heydər Əliyev mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər gənclərimizin vətənpərvər ruhda böyüməsi, onların gələcək inkişafının təmin olunması üçün böyük bir vasitədir. Birgə əməkdaşlıq Heydər Əliyev irsinin gənc nəslə daha dolğun şəkildə çatdırılmasında böyük rol oynayacaq: “Bu yaxınlarda ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin fəaliyyətini birləşdirən vahid portal istifadəyə verildi. Bu da özlüyündə həmin mərkəzlərin fəaliyyətini bir portaldan izləməyə imkan verir”.

Sonra Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri, YAP Səbail rayon təşkilatı mədəniyyət işçiləri ilk ərazi təşkilatının sədri Vüqar Məmmədov Fəaliyyət planına dair təqdimatla çıxış etdi. Məlumat verildi ki, bu sənəd Mədəniyyət Nazirliyi tərəfindən 5 mindən çox mədəniyyət müəssisəsi, 60 min nəfərdən çox bu sahədə çalışan əməkdaş, habelə YAP tərəfindən 80-dən çox rayon təşkilatı və 740 min nəfər üzvü əhatə edəcək.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb