Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1046

Mədəniyyət Nazirliyinin dəstək verdiyi layihələr uğurla icra olunur

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədilə Mədəniyyət Nazirliyi elan etdiyi müsabiqədə qalib olan layihələrin icrası davam etdirilir.
“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyinin “Maddi və qeyri-maddi irsimizin qorunması və təbliğ olunması məqsədilə milli rəqslərimizin, muğam, aşıq sənətinin qorunması və təbliği” adlı layihəsi də nazirliyin müsabiqəsinin qalibi olmuşdu. Beş ay davam edən layihənin məqsədi xalqımızın sahib olduğu maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Məlum olduğu kimi, qədim muğam və aşıq sənətlərimiz artıq UNESKO səviyyəsində qorunan qeyri-maddi mədəni irs nümunələrimizdir.
Layihə Gəncə şəhəri, Qazax, Şəmkir, Tovuz, Ağstafa, Göygöl və Gədəbəy rayonları üzrə ümumilikdə 25 nəfər yeniyetmə və gənci əhatə edib. Qeyd edilən rayonlar üzrə ən bacarıqlı iştirakçılar arasında seçim aparılıb. Fərqlənən yeniyetmə və gənclər yekun olaraq avqustun 2-də Ağstafada bir araya gəlib, onların rəngarəng ifaları təqdim edilib.
Mədəniyyət Nazirliyinin dəstək verdiyi layihənin icrası zamanı 150 nəfər keçirilən tədbirlərin iştirakçısı olub, milli rəqslərimiz, muğam, aşıq sənətimiz haqqında məlumat alıb. Reallaşdırılan tədbirlər həmçinin istedadlı yeniyetmə və gənclərin ölkə ictimaiyyətinə tanıdılması baxımından əhəmiyyət kəsb edir.
Layihənin icrası ilə bağlı yaxın günlərdə mətbuat konfransı keçiriləcək, ölkə ictimaiyyəti istedad və bacarığı ilə seçilən gənclərimizi bir daha tanıyacaq.

XƏBƏRLƏR

20.01.2020 13:38
20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edildi
20.01.2020 13:29
Mərkəzi İncəsənət Məktəbində “Bitməyən acı” adlı anım tədbiri keçirildi
20.01.2020 12:37
Lənkəranda 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib
20.01.2020 12:34
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü silsilə tədbirlərlə qeyd olunur
20.01.2020 12:33
Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi
18.01.2020 21:27
“Şəhərin qış gecələri” tamaşasının premyerası olub
18.01.2020 18:00
İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı sərgi açılıb
18.01.2020 17:34
Qobustan qoruğunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib
17.01.2020 18:05
Xaçmaz regionu üzrə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib
17.01.2020 17:57
Ağdaşda “Tarixin qan yaddaşı” adlı tədbir keçirilib
17.01.2020 17:40
Musiqi Mədəniyyəti Dövlət Muzeyində 20 Yanvar faciəsinə həsr edilən tədbir keçirilib
17.01.2020 17:24
20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Vətənpərvərlik Kinosu Günləri” başa çatıb
17.01.2020 17:18
Biləsuvarda 20 Yanvar faciəsi ilə əlaqədar anım tədbirləri keçirilir
17.01.2020 17:10
Sumqayıtın mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
17.01.2020 17:00
Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşları qəbul edəcək
17.01.2020 16:59
Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
17.01.2020 16:51
Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Yuxu” sənədli filmi nümayiş olunub
17.01.2020 15:13
Milli Kitabxanada 20 Yanvar faciəsinə həsr olunmuş nəşrlərin təqdimatı keçirildi
17.01.2020 14:40
“Vətənpərvərlik Kinosu Günləri” çərçivəsində Milli qəhrəmanlarımızın şərəfli ömür yolu vərəqlənir
17.01.2020 11:47
Sabirabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
17.01.2020 11:29
Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günündə ölkəmizi təmsil edib
17.01.2020 10:45
20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir
17.01.2020 09:15
UNESKO-da multikulturalizmin Azərbaycan modelindən danışılıb
16.01.2020 17:23
Türkiyədə İmadəddin Nəsiminin 650, Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib