Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4763

Mədəniyyət və turizm naziri Şəki şəhərində vətəndaşlarla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri hər ay şəhər və rayonlarda əhali ilə görüşlər keçirir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 1-də Şəki şəhərindəki Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında Şəki, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından vətəndaşları qəbul edib.

Tədbirdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin şəhər İcra Hakimiyyəti binasının qarşısındakı abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 20-dən çox vətəndaşın müraciətinə baxılıb. Əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizmin təşviqi və digər məsələlərlə bağlı olub.

Qəbula yazılan Şəki sakinləri 2 saylı musiqi məktəbinin şəhərin Qala divarları ərazisində yerləşən tarixi binaya köçürülməsi, Şəkidə fəaliyyət göstərən muzeylərin respublikamızdan keçən beynəlxalq turizm marşrutlarına daxil edilməsi, kitabxanaların tədris vəsaitləri və elmi nəşrlərlə təmin edilməsi barədə xahişlərini diqqətə çatdırıblar.

Balakəndən qəbula gələn vətəndaşlar tərəfindən rayon ərazisindəki “Pəri qalası” tarixi abidəsində təmir-bərpa işlərinin aparılması, regionda fəaliyyət göstərən hotellərin mədəniyyət müəssisələri ilə sıx əməkdaşlığının qurulması,  kitabxanaların müxtəlif nəşrlər, o cümlədən turizm və uşaq ədəbiyyatı ilə təmin edilməsi, rayon tarix-diyarşünaslıq muzeyində tərtibat işlərinin aparılması barədə müraciətlər edilib.

Qax sakinləri 2011-ci ildə yaradılmış “İçəribazar” Turizm və mədəniyyət mərkəzinin fəaliyyəti, Qaxbaş kəndində modern kənd kitabxana layihəsi və digər məsələlərlə bağlı nazirə müraciət ediblər.

Oğuz sakinləri tərəfindən 1986-cı ildən fəaliyyət göstərən “Oğuz” ailə ansamblına  xalq kollektivi adının verilməsi, rayon uşaq musiqi məktəbinin fortepiano aləti ilə təchiz olunması, Calud kəndi ərazisində məbədin təmir edilməsi və turizm marşrutlarına salınması, müalicəvi otların təbliği məqsədilə “Şəfa” bayramının keçirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Zaqatala rayonundan qəbula gələnlərin müraciətləri Şəki, Oğuz, Qax, Zaqatala, Balakən zonası üzrə rəqs müsabiqəsinin təşkili, rayonda fındıq festivalının keçirilməsi, kitabxana fondlarına rus dilində uşaq və bədii ədəbiyyatların verilməsi və digər məsələlər barədə olub.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydə alınıb.

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə şəhər və rayonlarda mütəmadi olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb. Bildirib ki, vətəndaşlarla ünsiyyət, onlar tərəfindən irəli sürülən təklif və təşəbbüslər yerlərdə mədəniyyət və turizm işinin daha səmərəli təşkilinə zəmin yaradır. Nazir tarixi-mədəni irsin qorunması, muzeylərdə ekspozisiyaların yenilənməsi ilə bağlı təşəbbüsləri xüsusi qeyd edib. Regionlarda turizmin inkişaf etdirilməsinin hər zaman dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayan Əbülfəs Qarayev görüşdə bu xüsusda səslənən təkliflərin də nəzərdən keçiriləcəyini deyib.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib