Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1190

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Musei Reali di Torino" Muzeyinin direktoru ilə görüşdü

Cari ilin 12 mart tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində İtaliyanın Turin şəhərində fəaliyyət göstərəin "Musei Reali di Torino" Muzeyinin direktoru xanım Enrika Pagella ilə görüş keçirmişdir. 

Görüşdə Azərbaycan və İtaliya muzeyləri arasında əməkdaşlığın qurulması, birgə layihələrin təşkili müzakirə edilmişdir. Xüsusi hazırlanmış mədəni proqram çərçivəsində E.Pagella səfər zamanı Bakı şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Yarat Müasir İncəsənət Mərkəzi ilə tanış olmuş, bununla bağlı görüş zamanı məmnuniyyətini ifadə etmiş və əməkdaşlığa dair  müvafiq təkliflərini bildirmişdir. 

Nazir Əbülfəs Qarayev Tvinninq layihəsi çərçivəsində aparılan fəaliyyətlər barəsində məlumat vermiş və Nazirlik tərəfindən yeni təkliflərin həyata keçirilməsinə dair aparılan işlər barəsində danışmışdır. O, həmçinin İtaliyanın və Azərbaycanın ən yaxşı təcrübələri əsasında qarşılıqlı əməkdaşlığın qurulmasını dəstəkləmiş və müvafiq sahələr üzrə layihələrin, o cümlədən tədris proqramlarının, araşdırma işlərinin və müxtəlif səpkili sərgilərin və ikitərəfli mədəni tədbirlərin təşkilini tövsiyyə etmişdir.

Sonda E.Pagella Azərbaycan nümayəndə heyətini Turin şəhərində yerləşən muzeyləri, restavrasiya mərkəzlərini və digər mədəniyyət müəssisələrini ziyarət etməyə dəvət etmişdir.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi