Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral ilə görüşdü
2017-ci ilin 12 dekabr tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özaral arasında görüş keçirildi.
Görüşdə Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr müzakirə edildi.
Nazir Türkiyə Respublikasının mədəniyyət və turizm naziri ilə Sudanda və Ankarada görüşlər keçirildiyini və müvafiq sahələrə dair qarşılıqlı maraq doğuran mövzularla bağlı fikir mübadiləsi aparıldığını bildirdi.
Görüş zamanı həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi müzakirə olundu.
Səfir səmimi qəbula görə minnətdarlığını ifadə etdi.