21.02.2018 04:57
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı fevralın 19-da Bakı Humanitar Kolleci ilə birgə həyata keçirdiyi
“Biz narkomaniyaya yox deyirik” teatr layihəsi çərçivəsində Marat Haqverdiyevin “Məhəbbət və Ağ ölüm” tamaşası anşlaqla yadda qalıb.Tamaşanı uğurla təqdim edən teatr kollektivi sonda şagirdlər, müəllimlər, mötəbər qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Layihənin rəhbəri İftixar Piriyev, quruluşçu rejissor Nicat Mirzəzadə, quruluşçu rəssam Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əmrulla Nurullayev, Sevinc Hüseynova, Tural Xəlilzadə, Ruhiyyə Eyvazova, Şəbnəm Cəbrayılova, Ceyhun Əliyev və Niyaməddin Səfərəliyev ifa ediblər.
Tamaşa Bakı Humanitar Kollecinin səhnəsində təqdim olunub.