Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
778

Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir.

Emin Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrənilir. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul davam edir.

Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib. O, görkəmli bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” (quruluşçu rej. S.Qulamov) promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

Emin Əliyev Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan “Paris Notr-Dama ithaf” əsərində (V. Hüqo", rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də teatrda yeni hazırlanan "İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rej. F.Məhərrəmov), “Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rej. İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.

Hazırda Emin Əliyev "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda, bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir.

XƏBƏRLƏR

16.06.2021 17:51
Şəhid ailələrinə və qazilərə diqqət və qayğı ilə yanaşırıq
16.06.2021 16:11
Mədəniyyət naziri dünya şöhrətli baletmeyster Eldar Əliyevi qəbul edib
14.06.2021 20:23
Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu
14.06.2021 09:58
“Çıraqqala”da aparılan bərpa-konservasiya işləri davam edir
14.06.2021 09:57
Bakı Dövlət Sirkinin yeni milli truppasının ilk çıxışı təqdim olunub
11.06.2021 16:48
Ustad xanəndənin 120 illiyinə həsr olunmuş videokonfrans keçirildi
08.06.2021 10:47
Ağdam şəhərinə media-tur təşkil olunub
26.05.2021 16:18
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
26.05.2021 15:59
Mədəniyyət naziri İslam Əməkdaşlığı Gənclər Forumunun nümayəndə heyətini qəbul edib
25.05.2021 16:58
“Nizamidən Yunusa: bir olmaq” mövzusunda videokonfrans keçirildi
24.05.2021 15:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiyaya səfər edib
24.05.2021 14:08
“Art Management” vebinarlarına start verilir
24.05.2021 10:14
Tahir Teymur oğlu Salahov
21.05.2021 18:15
Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü münasibətilə beynəlxalq vebinar keçirilib
21.05.2021 17:25
Müharibədən əziyyət çəkmiş sakinlər üçün mədəni proqramlar təşkil olunur
21.05.2021 16:05
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclasında yaradıcı iqtisadiyyatın əhəmiyyətindən bəhs olunub
21.05.2021 12:31
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov "Xalq qəzeti"nə müsahibə verib
19.05.2021 17:31
Milli Xalça Muzeyi intellektual oyun və “Muzeylər gecəsi” təşkil edib
19.05.2021 11:15
Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən videokonfransda Qarabağ muzeyləri ilə bağlı müzakirələr aparılıb
19.05.2021 10:34
Azərbaycan xalçaları Xorvatiyada nümayiş edilib
18.05.2021 18:08
Məktəblilər üçün muzey həftəsi layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqrama start verilib
18.05.2021 14:00
Beynəlxalq Muzeylər Günü münasibətilə videokonfrans keçirilib
07.05.2021 20:41
Şuşadakı Qazançı kilsəsinin bərpası Azərbaycan dövlətinin öz mədəni irsinə, o cümlədən xristian irsinə diqqətini nümayiş etdirir
07.05.2021 17:33
Mədəniyyət Nazirliyi “Səhnədən səngərə” layihəsini təqdim edir
07.05.2021 11:58
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
07.05.2021 10:03
Xalq artisti Arif Quliyev vəfat edib
06.05.2021 15:36
Gənc istedadlar “Səhnədə” parlayacaq!
06.05.2021 12:15
Azərbaycan Milli Xalça Muzeyində “Ənənələrimizi yaşadanlar”
05.05.2021 17:26
Xalq şairi Fikrət Qoca
05.05.2021 14:56
İNTERACT Online ikinci mövsümü ilə qayıdır!
04.05.2021 16:23
“Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirildi