06.12.2019 05:36
Dekabrın 6-da Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə görkəmli mütəfəkkir, publisist və ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş növbəti tədbir təşkil edilib.
Nizami rayonundakı Milli Qəhrəman Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbdə reallaşan tədbirdə muzeyin elmi işçiləri Arzu Axundova, Gülər Əskərova, məktəbin direktoru Lalə Tağıyeva və tarix müəllimi İlqar Əliyev çıxış edərək Əhməd bəy Ağaoğlunun siyasi, ictimai fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat veriblər.
Tədbirdə Əhməd bəy Ağaoğluna həsr olunmuş videoçarx nümayiş edilib.
Sonra məktəblilər Azərbaycan İstiqlal Muzeyi tərəfindən təşkil olunmuş sərgiyə baxıblar.