Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1686

Xalq artisti Amalya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib

Yanvarın 16-da Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Amalya Pənahovanın xatirəsinə həsr olunan “Mən aktrisa olmaq üçün dünyaya gəldim…” adlı tədbir keçirilib.

Tədbir Mədəniyyət Nazirliyi, “Mədəniyyət” kanalı, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Söz” ədəbi layihəsi çərçivəsində reallaşıb.

Gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış edərək görkəmli aktrisa barəsində xatirəsini bölüşüb.

“Yaşadığımız dünyadan başqa, ayrı dünya da var. Yaddaş, xatirələrin dünyası... Bu xatirələr dünyasında ölüm-itim, vaxt yoxdur. Mən xətirələrimə qayıdanda gözlərimin önündə Azərbaycan Dövlət Akademik Dram Teatrında səhnəyə çıxan gənc bir aktrisa Amalya xanım canlanır. Səhnəyə çıxdı və səhnəyə özü ilə birgə gəncliyin təravətini, cazibəsini gətirdi. Sonralar bir çox obrazlar yaratdı. Mən çox xoşbəxtəm ki, sənət yollarımda Amalya xanımla birgə işlər görmüşəm. Dram Teatrında Təhminə obrazını canlandırdı, ən böyük arzularından biri də bu obrazı kinoda da canlandırmaq idi. Təəssüf ki, bu, ona müyəssər olmadı. Bu gün Amalya xanım aramızda yoxdur. Amma təsəlli odur ki, xatirələr dünyası da gerçək dünya qədər realdır. Onları xatırlayan sonuncu adam yaşayanadək onlar yaşayacaqlar. Amalya xanım da minlərlə seyrçisinin, heyranının qəlbində yaşayacaq”, - deyə Xalq yazıçısı bildirib.

Xalq artisti Eldar Quliyev teatr və kino sənətimizə dəyərli töhfələr vermiş Amalya xanımın mənalı ömür yolu və zəngin yaradıcılığına nəzər salıb. Bildirib ki, A.Pənahovanın sənəti onun sevənlərin qəlbində həmişə yaşayacaq: “O, sənətinin vurğunu idi. Peşəkar aktrisa idi, heç bir roldan imtina etməzdi və rejissorlar onunla işləməkdən zövq alırdı. Amalya xanım, sənətdə, səhnədə, kamera qarşısında yaşayırdı”.

Tədbirdə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Qənirə Paşayeva və başqaları Azərbaycan teatr və kino sənətində Amalya Pənahovanın bənzərsiz sənət dünyasından, özünəməxsus yaradıcılıq axtarışlarından, yaratdığı bir-birindən maraqlı obrazlar qalereyasından söhbət açıblar.

Bildirilib ki, A.Pənahovanın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. Onun adı tamaşaçıların yaddaşına yaratdığı obrazlarla əbədi həkk olunub. 19 yaşında səhnəyə atılan bir gənc qız ömrünün 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına həsr edib. O, 1964-cü ildən bu günədək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili, rəngarəng, bir-birinə bənzəməyən, Azərbaycan teatr sənətinin silinməz tarixinə çevrilən parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi ümumbəşər rollar Azərbaycan Teatr tarixinə qızıl hərflərlə yazılıb.

Qeyd edilib ki, böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fondu"nda saxlanılır.

Amalya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasıdır. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Amalya Pənahova teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə ən yüksək fəxri adlara layiq görülüb.

Gecədə sənətkarın uzun müddət rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrının aktyorlarının iştirakı ilə tamaşalardan səhnələr təqdim olunub, teatr səhnəsində və kinoda canlandırdığı filmlərdən fraqmentlər təqdim edilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb