Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
19509

“Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qalibləri olan Özbək gənclər Azərbaycanda səfərdədir

Özbəkistandakı Azərbaycan Səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinə yekun vurulub.

Azərbaycan Respublikasında 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş müvafiq Tədbirlər Planında islam ölkələri arasında “Mən Azərbaycan haqqında nə bilirəm” adlı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Bununla əlaqədar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin layihəsi ilə İslam ölkələrinin gəncləri arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qaliblərinin Azərbaycana səfəri reallaşdırılır.

Özbəkistanda keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse müsabiqəsində ölkənin Daşkənd və Səmərqənd şəhərindən 5 gənc ölkəmizin tarixi, dövlətçiliyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyəti, milli mədəniyyətimiz, Azərbaycanın beynəlxalq aləmdə rolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin son illər əldə etdiyi nailiyyətlər, neft və qaz strategiyası, Azərbaycan qədim mənbələrdə və s. mövzuları özündə əks etdirən esselər yazaraq Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim ediblər.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə qaliblər sırasına Səmərqənd Dövlət Universitetindəki Gənclər Təşkilatının sədri Khusen Tukhtaev,  Daşkənd Kimya Texnologiyaları  Universitetinin tələbəsi İbrokhim Kosimkujaev, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin tələbəsi Tatyana Abbasova, Səmərqənd Dövlət Universitetinin məzunu Yusif Cəfərov, Daşkənd şəhər Humanitar kollecinin tələbəsi Sitara İslomova daxildir.

Cari il 15-22 sentyabr tarixlərində gənclər Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, İçərişəhər Dövlət Tarix Qoruğu, Atəşgah məbədi, dünyada ən qədim insan yaşayış məskənlərindən olan Qobustan Dövlət Qoruğu, Qala Etnoqrafiya Muzeyi, Azərbaycan Dövlət Tarix Muzeyini ziyarət edəcəklər.

Özbəkistanla yanaşı, Albaniya, Bosniya-Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan iştirakçılar Azərbaycan Diplomatik Akademiyasının fəaliyyəti ilə tanış olacaq,  Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini də ziyarət edəcəklər.

Ölkəmizin paytaxtı ilə yanaşı turizm regionlarına səfər proqrama daxil edilib. Belə ki, səfər müddətində gənclər İsmayıllı rayonu və onun qədim Lahıc kəndində, Qəbələ rayonu və Şəki  şəhərlərində olaraq buranın tarixi və turizm məkanlarını ziyarət edəcəklər.

Yekunda isə Bakı şəhərində təşkil olunacaq tədbirdə ayrılacaq stendlərdə islam ölkələrini təmsil edən gənclər öz ölkələrinin mədəniyyətlərini, adət və ənənələrini özündə, mətbəxini əks etdirən xüsusi guşə yaradacaqlar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi