24.05.2019 02:49
May 24-də Milli Kitabxanada Azərbaycan romantik ədəbiyyatı cərəyanının nümayəndəsi, şair, tərcüməçi, maarif xadimi Abbas Əlabbas oğlu Mehdizadənin (Abbas Səhhət) anadan olmasının 145 illiyi münasibətilə “Abbas Səhhət - 145” adlı kitab sərgisi açılmışdır.
Sərgidə şairin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, tərcümələri, tərtib etdiyi və redaktoru olduğu, haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.