Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2144

Milli Kitabxanada “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir

Noyabr ayının 15-də Milli Kitabxanada Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və M.F.Axundova adına Azərbaycan Milli Kitabxanasının birgə layihəsi olan “Ailəliklə kitabxanaya” layihəsinin təqdimatı keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış və çıxışında “Ailəliklə kitabxanaya” layihəsinin Azərbaycan ailələrində müasir düşüncəli, savadlı gənclərinin yetişməsində  böyük rolu olacağını bildirmiş və Milli Kitabxananın digər belə kreativ layihələrin mərkəzi kimi gələcəkdə də bu cür aksiyaları davam etdirəcəyni qeyd etmişdir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva çıxışında ideyanın həyata keçirilməsində dəstəkçi olan təşkilatlara öz minnətdarlığını bildirmiş və layihənin məqsədinin cəmiyyətdə ailənin nüfuzunu artırmaq, ailə institutunu qorumaq, onu formalaşdırmaq olduğunu qeyd etmişdir. Aynur Sofiyeva onu da qeyd etmişdir ki, bu layihə vasitəsilə mütaliəyə maraq artırmaq, uşaqlara kitabı sevdirmək, ailəliklə mütaliə etmək, ailə münasibətlərinin, ailə bağlarının inkişaf etməsində çox böyük rol oynayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov çıxışında belə layihələri dəstəklədiyini bildirmiş və mənəvi dəyərlərin qorunması istiqamətində çox işlərin görüldüyünü vurğulamışdır. Eyni zamanda Bilik Fondu tərəfindən də müxtəlif layihələrin “Məscid kitabxanaları”, “ev kitabxanası” və digər layihələrin həyata keçirildiyini bildirmiş və kitabın gələcəkdə ailənin bir üzvünə çevrilə biləcəyini, gənclərdə əqli, mənəvi zənginliyi formalaşdırmaqda kitabın rolunun əhəmiyyətinin xüsusi rolu olacağını qeyd etmişdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış edərək layihə barədə dəyərli fikirlərini söyləmiş, müqəddəs dinimiz İslamda elmə, biliyə, təhsilə, kitaba önəm verildiyini vurğulamış və məscid kitabxanalarında təkcə dini kitabların deyil, digər sahələrin də kitablarının olmasının vacibliyindən danışmışdır.

Azərbaycan Tarix Muzeyinin direktoru, akademik, Nailə Vəlixanlı kitaba, mütaliəyə sevgisinin ailədən gəldiyini söyləmiş, gənclərdə mütaliə mədəniyyətinin formalaşmasında kitabxanaların üzərinə düşən vəzifələrdən söhbət açaraq bu layihəni ürəkdən dəstəklədiyini söyləmişdir.

Daha sonra digər tədbir iştirakçıları, eləcə də “Azərbaycan Uşaqlarının IV forumu”nun gənc iştirakçıları çıxış etmişlər. Bilik Fondunun icraçı direktoru dos.Oqtat Səmədov “Ailəliklə kitabxanaya” layihəsi çərçivəsində keçirilən “Ən zəngin ev kitabxanası olan ailə” müsabiqəsinin qalibi Həzənzadələr ailəsinə və Nərmin Quliyevaya “uğura gedən yolda nümunəvi fəailyətinə görə” diplomları və ailə klubu kartı təqdim  edilmişdir. Eyni zamanda Milli Kitabxananın direktoru Kərim Tahirov “Uğura gedən yolda nümunəvi fəailyətinə görə” diplomuna layiq görülmüş Nərmin Quliyevaya və digər gənc iştirakçı gənclərə kitablar hədiyyə etmişdir.

Sonda tədbir iştirakçıları gənc rəssam Nərmin Quliyevanın sərgisi ilə tanış olmuşlar.

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib