Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3765

Milli Kitabxanada “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” adlı kitabın kitabxana fonduna təqdimetmə mərasimi keçirilmişdir

11 yanvar 2017-ci il tarixində Azərbaycan Milli Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” adlı kitabın kitabxana fonduna təqdimetmə mərasimi keçirilmişdir.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Kitabxana şöbəsinin müdiri Sevil Zülfüqarova atlas barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, “Elm və Təhsil” nəşriyyatında nəfis şəkildə çap olunan atlasda Naxçıvan dialektinin fonetik, leksik-sintaktik, morfoloji quruluşu barədə müfəssəl, dəqiq, düzgün məlumatlar yer almışdır. İlk dəfə olaraq atlasda həm də mp3 formatında canlı səs yazıları verilmişdir.

Atlas Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovaya təqdim edilmişdir. Ədibə İsmayılova da öz növbəsində Sevil Zülfüqarovanın timsalında atlasın ərsəyə gəlməsində rolu olan bütün əməkdaşlara təşəkkürünü bildirmiş, onlara yeni elmi-tədqiqat və yaradıcılıq uğurları arzulamışdır. Direktor müavini vurğulamışdır ki, atlas Milli Kitabxananın zəngin fondunda öz layiqli yerini tutacaq, tədqiqatçı alimlərin istifadəsi üçün dəyərli mənbə olacaqdır.

Sonda xatirə şəkli çəkilmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi