17.03.2019 02:45
Mart ayının 17-də Milli Kitabxanada Azərbaycan xalqının milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı ilə əlaqədar olaraq "Azərbaycanın Milli Bayramı-Novruz" adlı sərgi nümayiş olunub.
Sərgidə bayramın tarixi, çərşənbələr, xalq arasında yayılmış adətlər, təbiətin oyanması, bayram oyunları, xalq-meydan tamaşaları, ayrı-ayrı mövsüm atributları, inanclara və s. dair Azərbaycan və digər dillərdə nəşr olunmuş ədəbiyyatlar, dövri mətbuat materialları və fotolar göstərilib.