Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2744

Milli Kitabxanada “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi keçirilmişdir

Tədbirdən öncə Milli Kitabxananın direktoru Kərim Tahirov Səfir Dan İanku və Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikmanı qəbul etmiş, görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Səfirliyi arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən danışılmışdır. Daha sonra prof. Kərim Tahirov qonaqlara   “A guest in Azerbaijan” Azərbaycanın qədim musiqi alətləri haqqında olan “Azerbaijan musical instruments” və “Azərbaycan Milli Kitabxanası” (fotoalbom) kitablarını hədiyyə etmişdir. Eyni zamanda da Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman Kotroceni muzeyindən bəhs edən kitabları Milli Kitabxananın direktoruna təqdim etmişdir.

İyun ayının 20-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə Rumıniyanın Böyük Birliyinin yaranmasının 100-cü ildönümünün  eyni vaxta təsadüf etməsinin çox fərəhli hal olduğunu söyləmiş, hər iki ölkənin qədim tarixi köklərə malik olduğunu bildirmişdir. K.Tahirov Rumıniyanın Azərbaycanla dost ölkə olduğunu və hər iki ölkə arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışmış, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirmişdir. Direktor Kərim Tahirov onu da qeyd etmişdir ki, Rumıniya səfiri Dan İanku dəfələrlə Milli Kitabxanada olmuş və həmin ölkənin səfirliyi ilə Azərbaycan Milli Kitabxanası arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirmişdir.

Səfir Dan İanku çıxışında söyləmişdir ki, Azərbaycan üçün olduğu kimi, 2018-ci il Rumıniya üçün də simvolik bir il olmuşdur. Belə ki, Rumıniyanın bütün böyük vilayətlərinin tarixi birləşməsi hadisəsinin tamamlanmasından 100 il ötür və 1 dekabr (Transilvaniyanın Rumıniya Krallığına birləşməsi gün, 1918-ci il) günü Rumıniyanın Milli Günüdür. Bu məqsədlə Rumıniya höküməti tərəfindən bir sıra tədbirlər təşkil edilmiş və “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi dünyanın bir neçə ölkəsində nümayiş etdirildiyini bildirmişdir.

Rumıniyanın Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman çıxışında sözügedən sərginin həmin muzeyin arxivləri əsasında hazırlandığını söyləmişdir. Baş direktor Sebastian Jikman sərginin eksponatlarının 30 fotoşəkildən ibarət olduğunu və Azərbaycan dilinə izahlarının tərcümə edildiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, tarixi foto şəkillərdə 1 dekab 1918-ci ildə Buxarest və Alba-İulia şəhərlərində (Transilvaniyanın Rumıniya Krallığına Birləşməsinin elan edildiyi şəhər) və Rumıniyanın Kral və Kraliçasının 15 oktyabr 1922-ci ildə Alba-İulia şəhərində simvolik olaraq taclandırılması ilə bağlı cərəyan edən bu iki mühüm hadisələr əks olunmuşdur.

Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevə çıxışında Azərbaycan Rumıya ölkələrinin dostluğundan, hər iki ölkə arasındakı strateji əməkdaşlıqdan danışmışdır. Rumıniya Səfirliyinin təşkil etdiyi bu tədbir hər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini qeyd etdi.

Tədbirdə Moldovanın, Xorvatiyanın, Litvanın Azərbaycandakı səfirləri, Fələstin Səfirliyinin Azərbaycandakı nümayəndəsi, Millət vəkili Fazil Mustafa, Avrasiya Mətbuat Fondunun direktoru Umud Rəhimoğlu və digər qonaqlar iştirak etmişlər.

Sərgi 2018-ci il 20 iyun tarixindən 10 iyul tarixinədək ictimaiyyətə açıq olacaq.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi