13.05.2019 03:42
Mayın 12-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli şair, təmsil ustası, tərcüməçi, publisist və dramaturq, Əməkdar incəsənət xadimi Hikmət Ziyanın (Əfəndiyev) anadan olmasının 90 illiyi münasibətilə “Hikmət Ziya-90” adlı kitab sərgisi açılıb.
Sərgidə şairin Azərbaycan və xarici dillərdə kitabları, redaktoru olduğu, tərcümə etdiyi, sözlərinə yazılmış mahnılar, haqqında olan kitablar, dövri mətbuat materialları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.