19.04.2018 05:50
19 aprel 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas-alim, Əməkdar mədəniyyət işçisi Vaqif Yusiflinin
(Vaqif Əziz oğlu Yusifov) anadan olmasının 70 illiyi münasibətilə “Vaqif Yusifli – 70” adlı kitab sərgisi açılmışdır.Sərgi “əsərləri”, “tərtib etdiyi”, “redaktoru olduğu”, “rəy verdiyi “, “ön söz yazdığı “, “haqqında” bölmələrindən və qəzet-jurnal materiallarından ibarətdir. Sərgi bir həftə davam edəcək.