Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
474

Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb

Fevralın 25-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılış mərasimi və Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” və Meyxoş Abdullahın rus dilində nəşr olunmuş “Пленница…” (“Əsir qadın”) kitablarının, ”Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı olub.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan sərginin açılışından əvvəl kitabxananın direktoru Kərim Tahirov çıxış edərək Xocalı faciəsi haqqında məlumat verib. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və onun hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq, hər birimiz bu faciəni ağrısını yaşayırıq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt edib, yüzlərlə dinc sakin öldürülüb, şikəst edilib, qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalıb.

Xocalı qırğının təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayət olduğunu deyən Kərim Tahirov bu faciənin daha geniş miqyasda tanıdılması, soyqırımı aktı kimi qəbul olunması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. Bu baxımdan Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox ölkələrdə və şəhərlərdə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası Xocalı faciəsinin dünyada soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

Milli Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Meyxoş Abdullahın müəllifi olduğu “Пленница…” adlı romanı da rusdilli oxucular və xaricdə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Qarabağ faciəsini özündə əks etdirən bu kitab bütün dövrlər üçün tariximizin mühüm dönəmlərini xatırlatmaq, bilməyənlərə anlatmaq baxımından mühüm əhəmiyyətli mədəniyyət, ədəbiyyat hadisəsidir.

Bildirib ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil bu faciənin ağrı–acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.

Kitabın müəllifi Meyxoş Abdullah çıxış edərək romanın real hadisələr əsasında yazıldığını bildirib. O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, buranın Qarabağın yaralı yeri olduğunu söyləyib.

Nəşr haqqında fikirlərini bölüşən kitabın tərcüməçisi Təranə Məmməd gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyiblər.

Sonra tədbir iştirakçıları Xocalı faciəsini özündə əks etdirən Azərbaycan və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat materiallarını, fotoşəkilləri əhatə edən sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb
23.03.2020 10:39
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
19.03.2020 17:38
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2020 14:12
“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb
19.03.2020 13:51
Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki