Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1552

Milli Qəhrəmanlar Binəqədidə yad ediliblər

Yanvarın 16-da  Binəqədi Mərkəzi Mədəniyyət Evində xalqımızın qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Binəqədi Mərkəzi Mədəniyyət Evində Milli qəhrəmanlarımız Oqtay Güləliyevə və Pəhləvan Fərzəliyevə həsr edilmiş “Laçın qartalı” və “Şərəfli ömrün manifesti” adlı sənədli filmlər nümayiş olunub.

Rejissor İltifat Hacıxanoğlunun öz ssenarisi əsasında lentə aldığı ekran əsərləri Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə təqdim edilib.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Aynur Nalbənd, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Muradzadə, Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, həmçinin “N saylı” hərbi hissənin əsgər və zabit heyətinin iştirak etdiyi  tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Binəqədi Mərkəzi Mədəniyyət Evinin direktoru Şahin Həsənov çıxış edərək 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, igid oğullarımızın respublikamızın ərazi bütövlüyü uğrunda fədakar mübarizəsindən danışıb.

Məlumat verilib ki, Oqtay Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Laçın polisindəki fəaliyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də erməni işğalçılarına qarşı əməliyyatlarda iştirak edib.

Onun Laçın dəhlizini düşmənlərdən geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla baş tutub, beləliklə, Gorus-Şuşa yolu nəzarətə alınıb. Lakin düşmən ərazini yenidən ələ keçirməyə müvəffəq olub və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşüb. 1992-ci il oktyabrın 11-də Hoçaz yüksəkliyində gedən döyüşdə əsgərləri təhlükəsiz yerə keçirə bilsə də, qəhrəmancasına həlak olub. 1993-cü il mayın 11-də Oqtay Güləliyevə Milli Qəhrəman adı verilib.

Pəhləvan Fərzəliyev 1958-ci il sentyabrın 27-də Füzuli rayonunun Dilağarda kəndində anadan olub. O, 1990-cı ildən doğma rayonunda polis zabiti kimi xidmətə başlayıb. Füzuli rayonunun erməni silahlılarının hücumundan müdafiəsində şücaət göstərib. 1992-ci il aprelin 11-də Qacar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin il sentyabrın 8-də Milli Qəhrəman adına layiq görülüb.

Sonda çıxış edən filmin ssenari müəllifi və rejissoru İltifat Hacıxanoğlu mənfur erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdiyi əməllərə qarşı qəhrəmanlarımızın göstərdiyi mübarizədən danışıb və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından bu kimi ekran əsərlərinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi