Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
5035

Mingəçevir Turizm Kollecində Bilik günü keçirilib

Yeni tədris ilinin ilk günü Mingəçevir Turizm Kollecində əsl bayram coşqusu ilə yadda qaldı.  Tələbə, müəllim, valideyin və çoxsayda dəvətli qonağın iştirakı ilə baş tutan tədbirdə təhsil müəssisəsinin uğurlarından və perspektivlərindən söhbət açıldı, təbriklər dinlənildi və iştirakçılar həzin musiqi və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşadı.

 Çixışlarda  qeyd olundu ki, son qəbul imtahanlarının nəticələrinə görə  697 nəfər gənc Mingəçevir Turizm Kollecinin tələbəsi olmaq haqqını qazanıb. Onlardan 529 nəfər əyani, 168 tələbə isə təhsilini qiyabi formada davam etdirəcək. Diqqət çəkən məqamlardan biri də o olub ki, kollecə daxil olmaq istəyən abituriyentlər ən yüksək imtahan balları toplamağa nail olub. İstər 9 illik  ümumtəhsil bazasından qəbul olmuş 257 gəncin, istərsə də 11 illik təhsil bazasından qəbul olumuş  440 nəfər  gəncin imtahan göstəricilərində müsbət tendensiyalar qeydə alınıb.

Təbrik nitqi ilə  tədbir iştirakçılarına üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov ürək açan son nəticələrin təsadüf olmadığını qeyd edib:

   “Ölkə rəhbərliyi səviyyəsində elm və təhsilin inkişafına verilən hərtərəfli dəstək  kollektivimizin önündə yeni perspektivlər açır. Biz müasir tədris-təlim metodlarından istifadə etməklə turizm və mədəniyyət sahəsi üzrə ixtisaslı kadr hazırlığında dinamik uğurlar əldə edirik. Bu uğurlar isə son nəticədə  gənclərin və valideyinlərinin Mingəçevir Turizm Kollecində təhsil almaq istəyinə öz müsbət təsirini göstərir”.

  Bilik günü təntənələrində  təhsil ocağının beynəlxalq əlaqələrindən də  geniş söhbət açıldı. Qeyd olundu ki, indiyədək beynəlxalq əməkdaşlıq aparılan təhsil müəssisələrinin  sırasına Belarus və Rusiyanın ali və orta ixtisas təhsil müəssisələrinin adları əlavə olunub. Sankt- Peterburq Turizm Otel Servisi Kolleci, Brest Dövlət Texniki Universiteti  və Polotsk Dövlət Universiteti ilə kollec arasında bağlanmış sazişlər tələbə və pedaqoqlara yeni  fəaliyyət imkanları  yaradır.

 Tədbirdə pedaqoq, məzun,valideyin və  birinci kurs tələbələrinin təbrikləri də yer aldı.  Çıxış edən hər kəs  belə bir  ünlü kollektivdə təhsil verməyin və təhsil almağın qürüverici və perspektivli olduğunu qeyd etdi.

Qeyd etmək lazımdır ki, tədbir boyu nümayiş olunan bədii proqram iştirakçılara ilk dərs gününün sevinci içində şadlanmaq üçün gözəl fürsət yaratdı .

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib