Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3374

Mingəçevir Turizm Kollecinin beynəlxalq əlaqələri genişlənməkdədir

2017-ci ilin mart ayında Mingəçevir Turizm Kolleci ilə Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən Sankt-Peterburq  Turizm və Mehmanxana Servisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti 9-11 noyabr 2017-ci il tarixində Mingəçevir Turizm Kollecində işgüzar səfərdə olmuşdur. Səfər zamanı qonaqlar təhsil müəssisəsi ilə yaxından tanış olmuş, onlara kollecin yaranma tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və kollektivin iştirak etdiyi beynəlxalq təhsil layihələri barədə ətraflı məlumat verilmişdir.

 Görülən işlərin davamı olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə  Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov cari ilin 12-17 noyabr tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində sözügedən kollecdə səfərdə olmuşdur. Səfər çərçivəsində kollecin direktoru Svetlana Antonova ilə tədris prosesinin təşkili, tələbələrin təcrübəsi və yekun attestasiyasının keçirilməsi haqqında müzakirələr aparılmış, həmçinin kollecin maddi texniki bazası, laboratoriya və kitabxanası ilə tanış olunmuşdur.

Bundan əlavə səfər zamanı Ə.Əyyubov “Gənc peşəkərlar” Regional Açıq Çempionatının işgüzar proqramının tədbirlərində iştirak etmişdir.

Eyni zamanda Sankt-Peterburq Qonaqpərvərlik İnstitutunun rektoru İ.M.Asanova ilə  görüş keçirilmiş, əməkdaşlıq və birgə layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

 Səfərin sonunda kolleclər tərəfindən icrası məqsədilə 2018-ci il üzrə perspektiv birgə iş planı hazırlanmış və gələcəkdə bu istiqamətdə həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsi qərara alınmışdır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi