Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3137

Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb

Martın 16-da Müasir İncəsənət Mərkəzində Xalq rəssamı Qəyyur Yunusun 70 illiyinə həsr edilmiş “Həqiqət yollarında” adlı rəsm sərgisi açılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə sənətkarın rəngkarlıq və qrafika janrında olan 100-dən çox əsəri nümayiş edilir.

Sərginin açılışından əvvəl Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sabiq sədri Mladen İvaniç Müasir İncəsənət Muzeyi və sərgidə yer alan rəsm əsərləri ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu muzeydə ilk dəfədir oluram. Çox gözəl muzeydir. Rəssamlar öz əsərlərini burada təqdim edirlər. Sərgilənən əsərlər heyrətamizdir, gözəlliyi ilə seçilir. Nümayiş olunan əsərlərdəki qadın obrazları, onların həyat tərzi, sadəliyi xüsusilə diqqətimi çəkdi. Rəssama yaradıcılığında uğurlar arzulayıram”.

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov çıxış edərək rəssamın yaradıcılığından söz açıb. Bildirib ki, rəssamın yaradıcılığı konseptuallığı romantik meyillərlə birləşdirir. Sərgidə nümayiş olunan əsərlərin məziyyətlərindən söz açan X.Abdinov deyib ki, təqdim edilən əsərlər rəssamın həyat və yaradıcılığının müxtəlif dövrlərinə aiddir. O, həmçinin bildirib: “Əsərlər arasında müxtəlif mövzulu kompozisiya, portret və mənzərələr yer alıb. Rəssamın yaradıcılığında Şərq və Qərb incəsənətinin sintezi hiss edilir. Yaratdığı qadın portretləri sayəsində böyük uğurlar əldə etməsi ilə yanaşı, yaradıcılığında dini mövzuda olan əsərlər də üstünlük təşkil edir. Sərginin təşkilində göstərdiyi dəstəyə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürümüzü bildiririk”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov vurğulayıb ki, əsərləri dünyanın bir sıra şəhərlərində sərgilənən rəssamın yaradıcılığı zəngindir. O qeyd edib ki, Qəyyur Yunus ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İngiltərə, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Polşa, Suriya, Əlcəzair və İranda keçirilən sərgilərin iştirakçısıdır. O, bütün zamanlarda yaradıcılığını inkişaf etdirib, onun yaradıcılığı hər zaman maraqlı olub, sevilib. Q.Yunus özünəməxsus canlı reallığı yaradan ustad rəssamdır. F.Xəlilov fırça ustasına bundan sonrakı yaradıcılığında uğurlar arzulayıb.

Sonda Qəyyur Yunus çıxış edərək sərginin iştirakçılarına və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Bugünkü gün məni çox fərəhləndirir. Yubiley sərgimin təşkilində göstərdiyi dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.

Sonra qonaqlar sərgiyə baxıblar.

Ekspozisiyada yer alan əsərlər insanı dərindən düşündürür. Rəssamın rəngkarlıq, qrafika əsərlərində və eskizlərində ayrı–ayrı təsvirlər İslam dininin rituallarını, ibadət edən insanların, zəvvarların və sufilərin obrazlarını əks etdirir. Belə obrazlar əsasən xarici görünüş baxımından da seçilən simalar – ay bənizli gözəllər, yaraşıqlı uşaqlar və nur üzlü yaşlılardır.

Qeyd edək ki, Qəyyur Yunus 1948–ci ildə Bakının Əmircan kəndində anadan olub. O, 1971–ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Kollecini, 1977–ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan sənətkar “Humay” mükafatına layiq görülüb. Hazırda rəssamın əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb