Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Musiqiyə Köklənən Ömür” adlı tədbir keçiriləcək
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 16 fevral 2018-ci il tarixində saat 15:00-da Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, əməkdar incəsənət xadimi Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.
Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti, Əməkdar incəsənət xadimi Elza İbrahimovanın yubiley tədbirində bəstəkarın yaradıcılığından söhbət açılacaq, muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou nümayiş olunacaqdır. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri, muzeyin Qədim Musiqi Alətləri Ansamblının artist-ifaçıları və başqa musiqiçilərin ifalarında Elza İbrahimovanın sevilən mahnılarından ibarət konsert proqramı təqdim olunacaq, videogörüntülər nümayiş olunacaqdır.
Tədbirin qonaqları musiqi ictimaiyyəti, bəstəkarın ailə üzvləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olacaqdır.