Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
497

Musiqili Teatrda iranlı aktyorun “999-cu gecə”si

Azərbaycan Dövlət Musiqili Teatrında 21, 22 oktyabr tarixlərində SSRİ Xalq artisti, dünya şöhrətli bəstəkar Fikrət Əmirovun əbədiyaşar musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsi nümayiş olunub. Təbrizin tanınmış kino və teatr aktyoru Camal Saqinejadın iştirakı ilə təqdim olunan tamaşa uğurla keçib. Camal Saqinejadın canlandırdığı Şah obrazı izləyicilərin maraq və rəğbətinə səbəb olub. Səhnə əsərindən böyük zövq alan tamaşaçılar Camal Saqinejad başda olmaqla yaradıcı heyətə dəfələrlə sürəkli alqışlarla, gül-çiçək dəstələri və hədiyyələrlə sevgilərini ifadə ediblər.

İkinci tamaşa gününün sonunda səhnəyə çıxan Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Musiqili Teatrla İran İslam Respublikası, xüsusilə də, Təbriz Teatrı arasındakı qarşılıqlı mədəni əlaqələrdən, müştərək layihələrdən bəhs edib. “Bu layihələr dövlətlərimiz arasında mədəni əlaqələrin inkişafında böyük əhəmiyyətə malikdir. Bütün zamanlarda mədəniyyətlərarası dialoq xalqların, millətlərin və dövlətlərin yaxınlaşmasına, dostluğun, mehribanlığın, sülhün inkişafına xidmət edib. İnanıram ki, müştərək layihələrimiz bundan sonra da olacaq, əlaqələrimiz daha da genişlənəcək”, - deyə Ə. Lalayev bildirib.

Daha sonra söz güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreynə verilib. B. Nəhreyn son zamanlar Azərbaycanla İran arasındakı mədəni əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edib. O, rəhbərlik etdiyi Təbriz Teatrı ilə Musiqili Teatrın birgə hazırladığı Beynəlxalq layihə olan “Bəxtəvər” komediyasını xatırladıb. “Ötən Novruz bayramında təqdim etdiyimiz “Bəxtəvər” tamaşası Sizin yerli tamaşaçılarla yanaşı, İrandan gələn turistlər tərəfindən də böyük maraq və çoşquya səbəb oldu”, - deyə B. Nəhreyn söyləyib.

Tədbirin sonunda Təbriz Teatrının aktyoru Camal Saqinejad “999-cu gecə” Beynəlxalq layihəsində uğurlu çıxışına görə Azərbaycan Dövlət Musiqili Teatrının xüsusi diplomu ilə təltif olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, rejissoru Elməddin Dadaşov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. Səhnə əsərində rolları Camal Saqinejadla yanaşı, teatrın gənc və istedadlı aktyorları Nicat Əli, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov və Fərid Rzayev ifa ediblər.

XƏBƏRLƏR

17.01.2018 16:24
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
17.01.2018 15:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala hazırlaşır
17.01.2018 15:33
Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
17.01.2018 15:32
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib
17.01.2018 12:39
Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi
17.01.2018 10:30
“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
17.01.2018 10:29
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
17.01.2018 10:26
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb
16.01.2018 17:43
Milli Qəhrəmanlar Binəqədidə yad ediliblər
16.01.2018 17:40
Gənc Tamaşaçılar Teatrında həftə sonu 9 tamaşa nümayiş olunacaq
16.01.2018 17:18
Qax rayonunda “20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi” adlı dəyirmi masa keçirildi
16.01.2018 16:51
Xalq artisti Çingiz Sadıxov son mənzilə yola salındı
16.01.2018 16:30
Xalq Artisti Fatma Mahmudova yeni obrazda
16.01.2018 10:22
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
15.01.2018 17:29
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçiriləcək
15.01.2018 17:28
“Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilmişdir
15.01.2018 17:25
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
12.01.2018 17:24
“Oyuq”çular yaşıdlarını sevindirdilər
12.01.2018 14:23
Aşıq sənətinin tədrisi üzrə ilk metodik tövsiyə və albom-kitab
12.01.2018 12:19
Milli İncəsənət Muzeyinin eksponatları Almaniyada sərgidə nümayiş etdirilir
12.01.2018 12:14
Özbəkistanda “Qara Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi” yaradılacaq