Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1289

Musiqili Teatrın dirijoru Beynəlxalq Festivala dəvət alıb

1 iyul 2018-ci il tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Prezident Aparatı, Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi və “Prima” İctimai Fondunun birgə təşkilatçılığı ilə “TENGRI Music - 2018” IV Beynəlxalq Klassik Musiqi Festivalı keçiriləcək.

 Hər il Bişkekin Qələbə parkında açıq səma altında düzənlənən bu festivalda Avstriya, Rusiya, Yunanıstan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tanınmış sənətçiləri iştirak edir və dünya səviyyəli klassik musiqi nömrələrini təqdim edirlər.

Bu dəfə “Prima” fondunun rəhbəri Viktoriya Yurtayeva festivala  Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijioru Orxan Həşimovu dəvət edib.

Nəzərdə tutulan proqramda Orxan Həşimov rusiyalı həmkarı Valentin Uryupin ilə Qırğızıstan Respublikasının Prezident Kamera Orkestri - “Manas”-ın müşaiyəti ilə konsertə drijorluq edəcək. 

Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda  - 2015-ci ilin may ayında Moskvada keçirilən "Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış, 2016-cı ildə Kremldə "Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konserti verərək diploma layiq görülmüşdür.

Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb