Musiqili Teatrın Milli Qurtuluş Günü münasibətilə hazırladığı kompozisiya maraqla qarşılanıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş musiqili kompozisiyanı sosial şəbəkə izləyicilərinə təqdim edib.
Sənət ocağının baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin rəhbərliyi və dirijorluğu ilə “Nəsillər” (“Generations”) estrada qrupunun üzvləri, teatrın gənc və istedadlı solistləri - Aydan Həsənova, Hidayət Əliyev, Emin Zeynallı sözləri Baba Vəziroğlu, musiqisi Kamalın “Sən elə bir zirvəsən” əsərini ifa ediblər.
Qeyd edək ki, yeni yaradılan estrada qrupunun ilk çıxışında gənc solistləri orkestrin üzvləri - Murad Kərimov və Dərya İsmayılov, Nigar Həsənli, Rəsul Lətifzadə, Atabəy İsmayılov və Ramin Musayev müşayiət ediblər.
Kompozisiya sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanıb.