Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2068

“Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa keçirildi

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Muzeylərdə tekstil kolleksiyaları” mövzusunda dəyirmi masa keçirildi. Tədbir muzeyin fəaliyyətə başlamasının 50 illiyinə həsr olunmuşdu.

Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək muzeyin kollektivini yubiley münasibətilə təbrik etdi. Bildirdi ki, 50 illik tarixi olan muzey Azərbaycan mədəniyyətini, sənətini yaşadan, təbliğ edən, tanıdan məkanlardan biridir. Muzeyin binası paytaxtın ən gözəl memarlıq abidələri sırasındadır.

Şöbə müdiri bu gün başda görkəmli xalçaçı-rəssam mərhum Lətif Kərimov olmaqla muzeyin yaranmasına təşəbbüs göstərən, əmək sərf edən insanların ehtiramla yad olunduğunu bildirdi: “Yaxşı işlər heç zaman unudulmur. 1967-ci ildə yaradılan kiçik bir muzeyin hələ o dövrdə Bakıda xüsusi yeri var idi. Mədəniyyət ocağının bugünkü fəaliyyəti göz qabağındadır. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti və qayğısı nəticəsində son illərdə ölkəmizdə muzey işi sürətlə inkişaf edir. Çox şadam ki, muzeyin yubileyi ilə əlaqədar təşkil edilən dəyirmi masada regional muzeylərin əməkdaşlarının iştirakı da təşkil olunub”.

Muzeyin direktoru Şirin Məlikova çıxış edərək son dövrlərdə görülən işlərdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açdı. Bildirdi ki, dəyirmisi masada bölgələrin muzey əməkdaşları ilə yanaşı, Rusiya, Qırğızıstan və Almaniyadan olan muzey işi mütəxəssisləri də iştirak edir. Tədbirdə mühafizə, sərgiləmə, xalçaların, xalça məmulatlarının, milli geyim və parça nümunələrinin konservasiyası və bərpası kimi məsələlər müzakirə olunacaq. Eyni zamanda, dünyanın tekstil muzeyləri, onların assosiasiyaları və icmaları arasında əlaqələrin qurulması, təcrübə və məlumat mübadiləsi, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərsləri və festivalların keçirilməsi, habelə Tekstil Muzeyləri Şəbəkəsinin (Textile Museums Network) yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

Muzeydə yer alan tarixi eksponatlardan danışan direktor son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, həmçinin arxeoloji qazıntılar zamanı əldə edilən müxtəlif əşyaların daxil olduğunu bildirdi. Eksponatlar içərisində satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş əşyalar da yer alır.

Şirin Məlikova onu da bildirdi ki, yubiley tədbirləri çərçivəsində təşkil ediləcək sərgi çərçivəsində bu il 100 illik yubileyi qeyd olunan  muzeyin ilk direktoru Əziz Əliyevin fəaliyyətinə dair arxiv şəkillərinin retrospektivi və “Xəzinənin yeni inciləri” adlı ekspozisiya nümayiş etdiriləcək.

Daha sonra tədbir məruzələrlə işini davam etdirdi. İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mayıl Fərəcov “Xalçaçılıq və tikmə sənəti”, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Dinara Çoçunbayeva “Qırğız xovsuz xalçaları”, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi Arxeologiya və Etnoqrafiya İnstitutunun Polimetal şöbəsinin baş elmi işçisi Nataliya Polosmak “Sibir və Uzaq Şərq Xalqlarının Tarix və Mədəniyyəti Muzeyinin qədim tekstil kolleksiyası” və bölgə muzeylərinin direktorlarının məruzələri dinlənildi.

Dəyirmi masa Tekstil Muzeyləri Şəbəkəsinin yaradılması ilə bağlı müzakirələrlə yekunlaşdı.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi