Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
565

Saatlıda Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Saatlı rayonunda  dahi Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr edilmiş ədəbi-bədii, musiqili kompozisiya keçirilib. Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin nəzdində fəaliyyət göstərən “ Uşaq və gənclərin yaradıcılıq studiyası”nın rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Mehdi Mehdizadənin rəhbərliyi ilə hazırlanmış ədəbi-bədii kompozisiya  tamaşaçılar tərəfindən  rəğbətlə qarşılanıb. 

Rayon icra hakimiyyətinin əməkdaşı Mehriban Ağayeva  öz çıxışında mütəfəkkir  şairin Azərbaycan ədəbiyyatındakı rolundan, şeirlərindəki hər sözün,  hər misranın dərin mənaya malik olduğunu qeyd edib. Dahi şairin  dilimizin  zənginliklərindən məharətlə istifadə etdiyi, Orta Asiyada, Turkiyədə, İranda, İraqda hər kəsin  öz dilində onun şerilərini, qəzəllərini əzbər söylədiyini bildirib.
Qeyd edib ki, şair, həm də Azərbaycan tarixində hürufilik təriqətinin əsas təbliğatçılarından biri olmuşdur. Nəsimi  şeirlərinə fəlsəfi yanaşaraq cahanın, kainatın sirlərini şair dili ilə oxucuya çatdıra bilmişdir. Təsadüfi deyil ki, XIV əsrdə yaşamış  şairin yazdığı  əsərlər XXI əsrin oxucuları tərəfindən də böyük rəğbətlə qarşılanır. 
Dövlətimizin hər zaman ictimai-siyasi, mədəni xadimlərə, onların sənətinə verdiyi dəyərdən, qiymətdən söhbət açan  M.Ağayeva  bunun nəticəsi olaraq  bu il İmaddədin Nəsiminin  650 illik yubileyinə həsr olunmuş ağacəkmə kampaniyalarının, sərgilərin, müsabiqələrin, yarışların və digər tədbirlərin  keçirildiyini vurğulayıb.  
Tədbirdə çıxış edən MKS-nin direktoru Sakit Bağırov, Tarix-diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Zeynalova, rayon mədəniyyət idarəsinin baş məsləhətçisi Şərqiyyə Şahpələngova və başqaları  şairin yaradıcılığından, ölkəmizdə mədəniyyət və incənət xadimlərinə verilən yüksək dəyərlərdən söhbət açıblar.
Sonda dahi şairin qəzəllərinə  həsr olunmuş muğam ifaları səsləndirib və ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdirilib.

XƏBƏRLƏR

18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub