Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
7224

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi yaradılıb.

Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir. “Ana səhifə” bölməsinə “Rəsmi sənədlər” və “Tədbirlər” alt bölmələri daxildir. “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı “Rəsmi sənədlər” bölməsində yerləşdirilib. “Tədbirlər” bölməsində isə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həllinə dair məlumatlar əksini tapıb.

Saytın “Naxçıvan haqqında” başlıqlı əsas bölməsi “Naxçıvan Muxtar Respublikası”, “Təbiəti”, “Şəhər və rayonları” alt bölmələrindən ibarətdir. Bu bölmələrdə muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar yerləşdirilib.

Saytın “Mədəniyyət” bölməsində “Məscidlər”, “İmamzadələr”, “Tarix-memarlıq abidələri”, “Sənətkarlıq”, “Memarlıq”, “Milli rəqslər”, “Milli musiqi alətləri”, “Milli geyimlər”, “Milli mətbəx”, “Muzeylər”, “Teatrlar” və “Kitabxanalar” olmaqla, 12 alt bölmə var. Bu bölmələrdə mədəniyyət və incəsənət sahələri haqqında məlumatlar yerləşdirilib, həmçinin “Naxçıvan milli geyimləri” və “Naxçıvan mətbəxi” elektron kitablarına keçidlər verilib. Saytda muxtar respublikada fəaliyyət göstərən muzeylər, teatrlar və kitabxanalar haqqında da ətraflı məlumatlar almaq mümkündür.

“Turizm” adlanan bölmədə Naxçıvan Muxtar Respublikasının turizm potensialı, dini turizm və müalicə turizmi obyektləri, o cümlədən yerləşdirmə obyektləri haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri qeyd olunub.

“Fotoqalereya” və “Videoqalereya” bölmələrində muxtar respublikanın tarix-mədəniyyət abidələri, turizm potensialı, parkları, mehmanxanaları, müasir infrastrukturu haqqında foto və videomateriallar yerləşdirilib.

“Faydalı informasiya” bölməsində muxtar respublikada fəaliyyət göstərən banklar və xarici nümayəndəliklər haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri yerləşdirilib. Həmçinin faydalı informasiya mənbələri sayılan digər elektron resurslara keçid linkləri verilib.

“Qonaq rəyləri” bölməsində muxtar respublikaya gələn qonaqların və saytdan istifadə edənlərin elektron qaydada rəy yaza bilmələri üçün şərait yaradılıb.

Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə bağlı il ərzində keçirilən tədbirlər, görülmüş işlər və yeniliklər “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsində (www.imp.nakhchivan.az) öz əksini tapacaq.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiqlənib və icrasına başlanılıb. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi də Tədbirlər Planına əsasən istifadəyə verilib.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb