Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2284

Nazir Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin kollektivini təbrik etdi

Sentyabrın 13-də mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin redaksiyasına gələrək qəzetin fəaliyyətə başlamasının 100 illiyi münasibətilə kollektivi təbrik etdi.

Tədbirdə çıxış edən qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov mətbuat orqanının fəaliyyətinə qısa nəzər saldı. Qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində “Azərbaycan” qəzetinin də böyük rolu var. Qəzetin 1920-ci ilə qədərki saylarında Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı geniş əks olunub: “İlk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncədə Azərbaycan dilində nəşr olunan qəzet azərbaycançılıq məfkurəsinin təbliğinə böyük önəm verib. 1918-1920-ci illər ərzində qəzetdə Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatı haqqında məlumatlar dərc edilib. Mətbu orqan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini də geniş işıqlandırıb”.

Baş redaktor bildirdi ki, Cümhuriyyət dövründə ölkənin böyük ziyalıları - Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim və Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetinin baş redaktorları olublar. Qəzetin ilk redaktoru Üzeyir Hacıbəylinin kiçik qardaşı Ceyhun bəy Hacıbəyli idi. Qəzetin səhifələrində Üzeyir bəyin Azərbaycanın tarixinə, siyasi vəziyyətinə, iqtisadiyyatına, sənayesinə, maarif və mədəniyyətinə aid 100-dən çox məqaləsi dərc olunub.

Vurğulandı ki, C.Hacıbəyli, Ş.Rüstəmbəyli, X.İbrahimin həyatı faciəli olub. X.İbrahim 30-cu illər repressiyasında güllələnib, məzarı da bəlli deyil. Bəxtiyar Sadıqov onun İçərişəhərdə yaşadığı evə xatirə lövhəsinin vurulmasını təklif etdi. Bəxtiyar Sadıqov sonda bildirdi ki, müstəqil dövlətimizin quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirən mətbu orqan Xalq Cümhuriyyəti zamanında dərc olunan “Azərbaycan” qəzetinin varisidir.

Görüşdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin ölkəmizin mətbuat tarixində tutduğu önəmli mövqedən danışdı, kollektivi əlamətdar yubiley münasibətilə təbrik etdi: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan “Azərbaycan” qəzeti milli dövlətçilik məfkurəsinin möhkəmləndirilməsində, xalqımızın azadlıq ideallarının, mədəniyyətinin, irsinin yaşadılması və təbliğində müstəsna rol oynayıb. Bu qəzetin işıq üzü görməsi Bakının bolşevik-daşnak işğalından azad edilməsi, müstəqil Azərbaycanın öz paytaxtına qovuşması ilə eyni günə təsadüf edir. İndi həmin şanlı tarixin təntənəli şəkildə qeyd olunması üçün paytaxtımızda böyük hazırlıq işləri görülür”.

Nazir qeyd etdi ki, dahi Üzeyir Hacıbəylinin və məsləkdaşlarının yorulmaz fəaliyyəti sayəsində nəşr olunan qəzet Xalq Cümhuriyyətinin özünütəsdiqində üzərinə düşən missiyanı layiqincə yerinə yetirib: “Cümhuriyyət tarixinin öyrənilməsində 1918-1920-ci illərdə bu qəzetdə dərc olunmuş materialların əhəmiyyətli yeri var. Cümhuriyyətin süqutundan sonra “Azərbaycan” qəzeti eyni aqibəti yaşasa da, sovet ideologiyası ziyalılarımızın azərbaycançılıq ideologiyasının təbliğ edilməsinin qarşısını ala bilmədi. Onların əksəriyyəti mühacirətdə bu məfkurənin təbliğini davam etdirdilər. Bu gün biz həmin tarixi xatırlamaqla bərabər, milli ruhlu ziyalılarımızı da minnətdarlıqla yada salırıq”. Əbülfəs Qarayev bildirdi ki, XX əsrin sonunda ölkəmiz yenidən istiqlaliyyət qazandıqdan sonra “Azərbaycan” qəzeti də fəaliyyətini bərpa edərək milli mətbuat ənənələrini uğurla davam etdirdi, müstəqilliyimizə öz layiqli töhfələrini verdi: “Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi dövlətçilik kursu, davamlı və dinamik inkişaf strategiyası “Azərbaycan” qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılır.

“Azərbaycan” qəzetinin ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı proseslərə hər zaman fəal jurnalistika və vətəndaşlıq mövqeyindən yanaşması xüsusilə təqdirəlayiqdir. Qəzet dövrün taleyüklü məsələləri ilə bağlı dövlətçilik mənafelərinə, milli-mənəvi dəyərlərə xüsusi diqqəti ilə seçilir və bütün bunların sayəsində çağdaş mətbuatımızda özünəməxsus mövqeyə malikdir”.

Vurğulandı ki, “Azərbaycan” qəzeti həmçinin mədəniyyətimizin inkişafı və təbliğini də daim diqqətdə saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, eləcə də xaricdə reallaşan mədəniyyət layihələri qəzetdə geniş əksini tapır. Azərbaycanda uğurla gerçəkləşən beynəlxalq festivalların, digər irimiqyaslı mədəni tədbirlərin qəzetdə dolğun şəkildə işıqlandırılması da məmnunluq doğurur.

Nazir Əbülfəs Qarayev çıxışının sonunda bir daha qəzetin kollektivini təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Sonda qarşılıqlı hədiyyələr təqdim olundu.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb