Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3106

Nazir Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət və turizm ictimaiyyətini müsəlman dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

Təbrikdə qeyd olunur ki, müsəlman aləminin bir üzvü olan Azərbaycanda tarixən  islam dəyərlərinə möhkəm bağlılıq olmuşdur. Tarixin müxtəlif mərhələlərində çətin sınaqlar qarşısında qalan xalqımız öz adət-ənənələrini, o cümlədən islam  dininin dəyərlərini qoruyub yaşatmış, bu mədəniyyətin zənginləşməsinə öz töhfələrini vermişdir.

“Bu gün Azərbaycanın paytaxtında və bölgələrdə dini abidələr dövlət tərəfindən qorunur, bərpa və yenidənqurma işləri aparılır. VIII əsrin yadigarı olan Şamaxı Cümə məscidi müsəlman dünyasında ən qədim dini abidələrdən hesab olunur. Prezident İlham Əliyevin sərəncamına əsasən 2010-2013-cü illərdə bu ibadətgahda əsaslı təmir işləri aparılmışdır. Tarixi-dini məkanlar ölkəmizə gələn turistləri özünə cəlb edir. Hər il bu ünvanları on minlərlərlə yerli sakin və əcnəbi qonaqlar ziyarət edir”, - deyə təbrikdə bildirilir.

Vurğulanır ki, dövlət başçısının sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunmuşdur. May ayının 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilmişdir. Bütün bunlar Azərbaycan dövlətinin islam dininə olan mütərəqqi münasibətinin, müsəlman ölkələri arasında birliyin, əməkdaşlığın daha da möhkəmləndirilməsinə verdiyi önəmin ifadəsidir.

Nazirin təbrikində daha sonra deyilir ki, Ramazan ayı insanların sağlamlığına vəsilə olmaqla yanaşı, əxlaqın saflaşması baxımından da böyük əhəmiyyət daşıyır. İnsanın müəyyən müddətdə nəfsinə hakim olması onun mənəvi-ruhani vəziyyətinə ciddi təsir göstərir, sosial məsuliyyətini artırmağa xidmət edir.

Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, uzun ömür, ailə səadəti və ölkəmizin inkişafı yolunda yeni-yeni uğurlar arzulayıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb