Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2624

Nazir Əbülfəs Qarayevin Bəhreyn Krallığına səfəri davam edir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreyn Krallığında səfərdədir və səfər çərçivəsində Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə ilə görüş keçirilmişdir.

Görüş zamanı, xanım Nazir Azərbaycanla Bəhreyn arasında mədəni əlaqələrinin olduqca yüksək olduğunu bildirmiş, bundan sonra bu əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Həmçinin, müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmək məqsədilə Bakıya etdiyi çoxsaylı səfərlərinin onda paytaxt və insanlar haqqında xoş təəssürat yaratdığını, tarix-mədəniyyət abidələrinin qorunması, tolerantlıq və multikultiralizm sahəsində Azərbaycanın nümunə olduğunu qeyd etmişdir. 

Nazir Əbülfəs Qarayev səmimi qəbula görə həmkarına təşəkkürünü bildirmiş və Bəhreyn Krallığına səfərinin həyata keçirilməsindən məmnunluğunu ifadə etmişdir. İran Körfəzi ölklərinin turizm sənayesi nümayəndələri üçün keçirilən Azərbaycanın turizm imkanlarının təqdimatı haqqında bəhs edən Nazir qeyd etmişdir ki, Bəhreynlə həm mədəni, həm də turizm əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıyıq.

Görüş zamanı, son iki ildə Bəhreyndən Azərbaycana gələn turistlərin sayının sürətlə artmasından və qarşılıqlı turist mübadiləsi prosesinin həyata keçirilməsinin vacibliyi bildirilmişdir.

Həmçinin, səfər zamanı nazir Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə müşayiəti ilə bir sıra mədəni tədbirlərdə iştirak etmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi