Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4214

Nazir müavini: Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfədir

 

Qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Çünki xalqın dili, adət-ənənələri, mədəni irsi onun milli identikliyinin əsas göstəricisidir. Bu sözləri Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Rafiq Bayramov nazirlik tərəfindən hazırlanaraq bu günlərdə istifadəyə verilən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) barədə danışarkən bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan xalqının zəngin mədəni irsi zaman-zaman müxtəlif qüvvələr tərəfindən mənimsənilməyə məruz qalıb. Bu baxımdan qeyri-maddi və maddi mədəni irs nümunələrimizin qorunması və təbliği dövlətimizin mədəniyyət siyasətində xüsusi yer tutur: “Ölkəmiz UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunmasına dair” Konvensiyasına qoşulub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə diqqət və qayğısı nəticəsində təşkilatın müvafiq siyahılarına mədəni irsimizlə bağlı 11 nominasiya daxil edilib və bəşəriyyətin mirası olaraq qorunur”.

Rafiq Bayramov bildirib ki, son illər bu sahədə aparılan işlər daha geniş xarakter alıb. Mədəniyyət Nazirliyi tərəfindən istifadəyə verilən “Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri” portalı (www.intangible.az) da mədəni irsimizin sistemli şəkildə qorunması və təbliği işinə töhfədir.

Dövlət Reyestrinin yaradılması qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına salmaq, onların təbliğini təşviq etmək, eləcə də bədnam qonşular tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaq ehtiyacından irəli gəlib. Nəsildən-nəslə ötürülən belə nümunələr xalqın uzaq keçmişinə, qədim tarixinə söykənən təcrübə əsasında yaradılıb. Portalda Azərbaycan milli mənəvi mədəniyyətinin ən müxtəlif sahələrini əhatə edən irs nümunələrinin siyahısı əksini tapıb.

Elektron resurs Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatları, həmçinin mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, UNESCO siyahılarındakı Azərbaycan mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları, qeyri-maddi irs sahəsində yenilikləri özündə ehtiva edir. Bundan əlavə, məlumat bazasında Azərbaycanın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında bilgilər də yer alıb.

Nazir müavini bir məqamı xüsusi vurğulayıb ki, portalda vətəndaşların qeyri-maddi irs nümunələri ilə bağlı təkliflərinin qəbulu üçün imkan yaradılması onun əhəmiyyətini daha da artırır: “Çünki hər bir azərbaycanlı qloballaşan, informasiya çevikliyi tələb edən bu çağımızda milli mədəni irsimizi zərbə altında qoymamaqdan ötrü müvafiq innovativ vasitələrdən istifadə edərək ölkəmizin sərvətlərini müdafiə etməyi bacarmalıdır. Qeyri-maddi mədəni irsin qorunması təkcə dövlətin işi olmamalı, buna bütövlükdə cəmiyyət tərəfindən dəstək verilməlidir”.

  Diqqətə çatdırılıb ki, portalda Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrılıb. Həmin kateqoriyalara daxil olan məfhumlar siniflərə, növlərə, janrlara və qruplara görə qruplaşdırılıb. Qeyri-maddi mədəni irs nümunəsinin səhifəsi onun haqqında arayışdan, nümunəyə aid foto və videolardan, nümunənin pasportundan, daşıyıcı və təşkilat, nümunənin yayıldığı areal haqqında məlumatlardan ibarətdir. Arayışlar UNESCO-nun tələbləri çərçivəsində həmin sahə üzrə çalışan elmi mütəxəssislər tərəfindən hazırlanıb. Arayışların hazırlanmasında AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutlarının mütəxəssisləri yaxından iştirak ediblər. Portalın fotoqalereya və mediateka hissələrinin təşkilində Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi və Dövlət Film Fondunun, biblioqrafiyanın təşkilində isə Azərbaycan Milli Kitabxanasının materiallarından istifadə olunub.

“Portal Azərbaycanın qeyri-maddi mədəni sərvətlərinə dair bütün zəruri məlumat və materialların bir arada toplandığı mühüm platforma olaraq xalqının zəngin mədəni irs yaddaşının qorunmasına, yaşadılmasına xidmət edir. Gələcəkdə portalın xarici dillərə tərcümə edilməsi bu zənginliyin dünyada yayılmasına da mühüm zəmin olacaq”, - deyə nazir müavini bildirib.




 

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib