Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3203

Nazir müavini Sevda Məmmədəliyeva ilə UNESCO təşkilatının Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez arasında görüş keçirildi

2019-cu ilin 20 mart tarixində Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva UNESCO-nun mənzil qərargahında təşkilatın Baş direktorunun mədəniyyət məsələləri üzrə müavini Ernesto Ottone Ramirez ilə görüşmüşdür. Görüş Novruz bayramına təsadüf etdiyindən, Sevda Məmmədəliyeva Azərbaycan xalqı üçün bu bayramın əhəmiyyətindən danışmış, Novruzun 2009-cu ildə UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasından məmnunluğunu ifadə etmiş və bu münasibətlə mart ayının 20-də UNESCO-nun qərargahında görkəmli muğam ustası Alim Qasımovun iştirakı ilə konsertin keçiriləcəyini qeyd etmişdir. Nazir müavini, Azərbaycanın qədim musiqi alətləri olan tar və kamançanın, habelə muğam sənətinin UNESCO-da Qeyri-Maddi Mədəni İrs nümunəsi kimi tanındığını vurğulamışdır.

Sevda Məmmədəliyeva Azərbaycan-UNESCO münasibətləri barədə danışmış və münasibətlərin son illər ərzində daha da dərinləşməsində Azərbaycan Respublikasının

Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xüsusi rolunu qeyd etmişdir.

Daha sonra nazir müavini cari ilin 30 iyun – 10 iyul tarixlərində UNESCO-nun Baş direktoru Odre Azulenin də qatılacağı Ümümdünya İrs Komitəsinin Bakıda keçiriləcək 43-cü sessiyası ilə bağlı hazırlıq işləri barədə qarşı tərəfə məlumat vermiş və sessiyanın ən yüksək səviyyədə təşkil ediləcəyini vurğulamışdır.

Baş direktorun müavini E.Ramirez Azərbaycan və UNESCO arasındakı münasibətlərin yüksək səviyyədə olmasından, ölkəmizin təşkilatın işində yaxından iştirak etməsindən və UNESCO dəyərlərinin təşviqində mühüm rol oynamasından məmnunluğunu ifadə etmiş və ölkəmizə təşəkkürünü bildirmişdir. Azərbaycanın sədrliyi ilə keçəcək Ümumdünya İrs Komitəsinin iclasının uğurla təşkil ediləcəyinə əminliyi bildirən Baş Direktorun müavini UNESCO-nun bu mühüm tədbirində şəxsən iştirak edəcəyindən məmnun olduğunu bildirmişdir. Görüşdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov və Ümumdünya İrs Mərkəzinin direktoru Metşild Rossler iştirak etmişdir.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!