Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1932

Nazir Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini ilə görüşdü

2018-ci il 10 aprel tarixində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Sarvar Otomuradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir qonaqları salamlayaraq Özbəkistan-Azərbaycan arasında mədəniyyət və turizm əlaqələrinin inkişaf etdirilməsi, turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün görüşlərin keçirilməsinin vacibliyini vurğuladı.

Sarvar Otomuradov Özbəkistanın turizm bazarı üçün Azərbaycanın prioritet istiqamətlərdən biri olduğunu və bu məqsədlə qarşılıqlı turist mübadiləsinin xüsusi əhəmiyyətini qeyd etdi.

Əbülfəs Qarayev ölkəmizin müxtəlif turizm imkanlarının, o cümlədən sağlamlıq turizmi, qış turizmi və s. turizm sahələrinin özbək turistlərini Qalaaltı, Naftalan, Duzdağ, Şahdağ və s. istiqamətlərinə cəlb edə biləcəyini bildirdi. Qeyd etdi ki, bu məqsədlə hər iki ölkəyə info-turların təşkili turistlərin cəlb olunması, turizm potensialının təbliği istiqamətində effektiv ola bilər.

Həmçinin nazir Özbəkistanın Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyət göstərdiyini və burada ölkəmizin mədəniyyəti ilə bağlı bir sıra tədbir və sərgilərin həyata keçirildiyini qeyd etdi.

Turizmin inkişafı ilə bağlı görülən tədbirlərdən söz açan nazir ölkəmizdə Azərbaycan Turizm Assosiasiyasının, Konqreslər Burosunun, yeni yaradılmış Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının, Milli Turizm Təbliğat Burosunun fəaliyyət istiqamətləri barədə, turizmdə kadr hazırlığı və Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyəti haqqında məlumat verdi.

Görüşdə Özbəkistan-Azərbaycan arasında birbaşa uçuşların mövcudluğunu nəzərə alaraq, birgə turist paketlərinin hazırlanması, çarter reyslərin açılması, qarşılıqlı turist axınının stimullaşdırılması ilə bağlı təkliflər səsləndirildi. Qonaq Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi ilə hüquqi baza əsasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı.

Nazir Əbülfəs Qarayev mədəniyyət və turizm sahəsindəki münasibətlərə nazirlik tərəfindən hər zaman dəstək veriləcəyini söylədi.

Görüşdə Özbəkistan Respublikasının Azərbaycan Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev iştirak edirdi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib