Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3132

Nazir Əbülfəs Qarayev Rusiya Federasiyası Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri ilə görüşdü

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyası Dağıstan Respublikası turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq, nümayəndə heyətini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə etdi. Dağıstan-Azərbaycan arasında turistlərin cəlb olunması istiqamətində qarşılıqlı əməkdaşlığın sürətləndirilməsi üçün işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini qeyd etdi.

Nazir Azərbaycan və Dağıstan arasında yol məsafəsinin yaxınlığının, Azərbaycanın müxtəlif turizm imkanlarınının, o cümlədən sağlamlıq turizminin, qış turizminin və qastronomik turizm növlərinin Dağıstan turistlərini cəlb edə biləcəyini vurğuladı. Qeyd olundu ki, sağlamlıq turizminin inkişafı istiqamətində dövlət tərəfindən bir sıra layihələr həyata keçirilir və Qalaaltı, Naftalan, Duzdağ və Qəbələ Rusiyadan olan turistlərin marağındadır.

Əbülfəs Qarayev eyni zamanda mayın 1-31 tarixində Bakıda keçiriləcək “Bakı Şopinq Festival” barədə məlumat verdi, festival çərçivəsində bir sıra yeniliklərin və “tax-free” sisteminin mövcudluğundan bəhs etdi və Dağıstan Respublikasının turoperatorlarını ölkəmizə dəvət etdi.

Nazir Rəbiyyət Zakavova növbəti dəfə Azərbaycanda səfərdə olmağından məmnunluq duyduğunu ifadə etdi. Azərbaycanla yalnız turist mübadiləsi deyil, Dağıstan turist sənayesinə kadr hazırlığının yaxşılaşdırılması məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində təlimlərin həyata keçirilməsində köməklik göstərilməsi xahiş olundu.

Eyni zamanda hava, dəmiryolu, avtomobil və su nəqliyyatı vasitələrinin mövcudluğundan istifadə etməklə birgə turizm marşurtları layihələrinin işlənərək digər ölkələrdən gələn turistlərə təqdim edilməsi təklif olundu.

Nazir Rəbiyyət Zakavova Dağıstan turizm şirkətlətlərinin ölkəmizə səfərində göstərdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi və Azərbaycan turizm şirkətlərini də Dağıstana tanışlıq turlarına dəvət etdi.

Nazir Əbülfəs Qarayev ölkəmizə gələn turizm şirkəti nümayəndələrinin həm paytaxt Bakı, həm də regionlara səfəri nəticəsində Dağıstandan olan turistlərin Azərbaycana təşkil olunacaq səfərlərinin daha da artmasına təsir göstərəcəyindən əminliyini vurğuladı.

Sonda qonaq səmimi qəbula görə minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu