Niyazinin mənzil muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti - 100” silsiləsindən “Məhəbbətlə doğulmuşam” adlı konsert keçirilmişdir
4 iyul 2018-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində “Azərbaycan Xalq Cümhuriyyəti - 100” silsiləsindən “Məhəbbətlə doğulmuşam” adlı konserti keçirilmişdir.
Niyazi mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov giriş sözü ilə çıxış etmiş, qonaqları salamlamışdır.
Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, London Musiqi Akademiyasının LRSM lisenziyasını qazanmış solisti, Respublika müsabiqələri laureatı Vüsalə Yusif Əmirbəyova və vokalçı, musiqişünas Sevinc İbrahimova görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Niyazi, Əşrəf Abbasov, Ədilə Hüseynzadə, gənc bəstəkar, Beynəlxalq Müsabiqələr laureatı Xədicə Zeynalovanın vətənpərvərlik ruhlu əsərlərindən ibarət proqramla çıxış etmişlər.
Sonda Sevinc İbrahimova Azərbaycan bayrağına və Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi müəllif mahnılarını ifa etmişdir.