Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3692

Nizami Kino Mərkəzində Biçmə-tikmə müsabiqəsinin finalı keçirilmişdir

6 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən təşkil edilmiş “Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klubların biçmə-tikmə dərnəkləri üzrə müsabiqə” layihəsinin finalı keçirilmişdir.

İştirakçıları salamlayaraq,  Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, respublikada ilk dəfə keçirilən müsabiqə 9 noyabr Bayraq gününə həsr olunur, onun məqsədi dərnəklərin fəaliyyətinin inkişaf etdirilməsi, təbliğ olunması, sənaye qabiliyyətinin artırılması, uşaq, yeniyetmə və gənclərin yaradıcılıq dərnəklərinə daha geniş cəlb olunması, müəssisələr, həmçinin dərnəklər arasında təcrübə mübadiləsinin təşkili, istedadlı gənclərin aşkara çıxarılması, dövlət - özəl sektor tərəfdaşlığına təkan verilməsidir. Layihə həmçinin dərnəklərin populyarlaşdırılması, onların sosial imicinin artırılması, fəaliyyətinin stimullaşdırılması və onlara qarşı ictimai diqqətin yüksəldilməsi məqsədini daşıyır.

Biznes və mədəniyyət müəssisələrinin inteqrasiyasına xidmət edən müsabiqədə M.A.Əliyev adına Hövsan qəsəbə Mədəniyyət Evinin, Əmircan qəsəbə Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin, Kürdəxanı qəsəbə Mədəniyyət Evinin, H.Abbasov adına Maştağa qəsəbə Mədəniyyət Evinin, Binə qəsəbə Mədəniyyət Evinin, Mərdəkan Mədəniyyət Sarayının, Ş.Ələkbərova adına Mədəniyyət Evinin, A.M. Şərifzadə adına Mədəniyyət Evinin, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müəssisə və dərnək rəhbəri,  biçmə-tikmə dərnəyinin üzvləri, Ülkər Hüseynova, Fidan Rzayeva couture, Di couture, Sophie couture Moda evləri, Aromatçı Butik K, “Cuasar” geyim markası”, mədəniyyət və incəsənət xadimləri, peşəkar rəssamlar, sənaye müəssisələrinin nümayəndələri və təşkilatçı qurumların mütəxəssisləri iştirak etmişlər.  

Qalibləri və fərqlənən iştirakçıları Estetika üzrə alim-mütəxəssis, pedaqoji elmlər doktoru, professor, əməkdar müəllim Vidadi Xəlilovun  sədrliyi ilə, modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi direktoru Asif Usubəliyev, Rəssamlıq Akademiyasının müəllimi Sevil Əliyeva və Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva kimi mütəxəssislərdən ibarət münsiflər heyəti müəyyən edilmişdir. 

3 mərhələ və yekun mükafatlandırma mərasimindən ibarət olan müsabiqə “Dekorativ tətbiqi sənət-tikmə, milli tikmə, dekorativ kompozisiyalar, makrame, toxuma, bədii oyuncaqlar, muncuqla işləmələr” və “Dizayn - biçmə-tikmə, paltarın modelləşdirilməsi, gəlinciklər üçün paltarlar, evin interyeri, məhsul nişanları” yaradıcılıq növləri üzrə keçirilib.

1-10 oktyabr 2018-ci il tarixinədək davam edən I mərhələdə  qiymətləndirmə komissiyası tərəfindən müəssisələrdəki biçmə-tikmə dərnəyinin yaradılmasına dair əmrin, üzvlərin ərizələrinin, üzvlərə dair məlumatlarların, şəxsi vərəqələrinin, üzvlərin dərnəyə qəbul edilməsinə dair protokolun və əmrin, dərnək rəhbərinin ərizəsinin, dərnəyə rəhbər təyin edilməsinə dair əmrin, dərnəyin tədris proqramının, dərs cədvəlinin, davamiyyət jurnalının mövcudluğuna və qaydasında olduqlarına, dərnək rəhbərinin təhsilinə, iş təcrübəsinə, qrupların sayına, dərnəyin fəaliyyətinin təbliğinə (afişa, elan, buklet, internet informasiya resurslarından istifadə, şifahi təbliğat  və s.) baxılmışdır.

15-25 oktyabr 2018-ci il tarixinədək davam edən II mərhələsində komissiya üzvləri dərnəyin son 3 il ərzində iştirak etdiyi tədbirlərə, festivallara, müsabiqə və s.; dərnəyin mükafatlarına (diplom, fəxri fərman, iştirak sertifikatı və s.); dərnəyin fəaliyyətinin çeşidliyinə; dərnəyin son 3 il müddətində üzvləri tərəfindən hazırlanmış əl işlərinə, habelə dərs prosesinə baxılmış, üzvlərin tədrisi bitirdikdən sonrakı fəaliyyətləri ilə tanış olmuşlar.

III mərhələsi  25 oktyabr - 01 noyabr 2018-ci il tarixinədək davam etmişdir və mövzu üzrə veriləcək tematik tətbiqi tapşırığın kreativ icrasından ibarət idi.

Qeyd edək ki, müsabiqənin şəffaflığını təmin etmək məqsədi ilə bütün iş prosesləri foto və video çəkilişi müşahidəsi ilə aparılmışdır.

Yekun mərhələdə dərnəklərin ümumi fəaliyyətini əks etdirən sərgisində qaliblərin müəyyənləşdirilməsi və yekun mükafatlandırma mərasimi təşkil olunub.

I yeri Binə qəsəbə Mədəniyyət Evinin,  II yeri Əmircan qəsəbə Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin, III yeri isə Binəqədi Mərkəzi Mədəniyyət Evinin biçmə-tikmə üzrə dərnəkləri  qazanmışdır.   

Fərqli nominasiyalar üzrə müxtəlif dərəcəli diplomlar və hədiyyələr, tanınmış moda evlərindən birində təcrübə keçmə, digər iştirakçılara həvəsləndirici diplomlar və iştirakçıların dərnək rəhbərlərinə fəxri fərmanlar təqdim edilmişdir.

Tədbirin qonaqları və iştirakçıları üçün S.Bəhlulzadə adına Mədəniyyət Evinin “Azad” rəqs qrupu,  Binə qəsəbəsi Mədəniyyət Evinin “Odlar yurdu” kollektivi tərəfindən “Qarabağ – Azərbaycanın incisidir”  kiçik konsert proqramı təşkil olunmuşdur.

 

 

 

             

 

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib