Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1824

Nizami Kino Mərkəzində “Mateo Falkone” filmi yenilənmiş versiyada təqdim edilib

Mayın 22-də Nizami Kino Mərkəzində “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib.

“Balans” milli rəqəmsal studiyasında bərpa edilən film görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ərəfəsində gerçəkləşib. Film Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fond və “Balans” studiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Film Prosper Merimenin novellası əsasında çəkilmiş milli kinomuzun qızıl fonduna daxildir.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev  1960-cı ildə lentə alınan"Mateo Falkone" filminin rəgəmsal bərpa işləri  haqqında ətraflı məlumat verdi və tamaşaçıları bərpa prosesini əks etdirən "Film barədə film"ə baxmağa dəvət etdi.
Bildirilib ki, film keçmiş sovet dövrünün ən kəskin vaxtlarında ekranlaşdırılıb. 19 dəqiqəlik "Mateo Falkone" kinosu ölkəmizdə ilk rəqəmsallaşdırılmış filmdir. Filmin yeni versiyası üç ay ərzində ərsəyə gəlib.

Tədbirdə Xalq artistləri Cənnət Səlimova, Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimi Ayaz Salayev, “Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov və başqaları film haqqında öz təəssüratlarını bölüşüblər. Bu işin böyük zəhmət və əmək nəticəsində ərsəyə gəldiyini söyləyiblər.

Qeyd edilib ki, Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları Tofiq Tağızadə, Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov filmin yaranmasına öz töhfələrini veriblər.

Tofiq Tağızadənin ailəsi adından çıxış edən Əməkdar artist Firdovsi Atakişiyev filmin yeni versiyada bərpasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Mədəniyyət, elm, təhsil və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə filmə ilk baxış olub.

XƏBƏRLƏR

09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir