Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1719

Özbək jurnalistlərin və yazarların Azərbaycana mediaturuna start verilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə, Özbək jurnalistlərin, yazarların “Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə həyata keçirilir.

Bununla əlaqədar cari il 17-24 iyul tarixlərində qardaş Özbəkistanın nüfuzlu media qurumlarının, təmsilçilərinin və yazarların Azərbaycana media turu təşkil olunacaqdır.

Media turun təşəbbüskarları Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Millin Məclisinin deputatı Qənirə Paşayevadır.

Layihəyə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Özbəkistandakı Səfirliyi, Azərbaycandakı BeynəlxalqAvrasiyaMətbuatFondu, Azərbaycan Milli Mətbuat Şurası dəstək göstərir.

Azərbaycan MədəniyyətMərkəzinindirektoru Samir Abbasovun verdiyi məlumata görə layihənin əsas məqsədi Özbək yazarlara və junrnalistlərə ölkəmiz, onun son illər əldə etdiyi nailiyyətlər, respublikamızın ictimai həyatı, mədəniyyəti, turizmi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə daha geniş məlumatlandırmaq, habelə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirmək, Azərbaycan və Özbəkistan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına dəstək olmaqdır.

Qeyd edək ki, bir həftə ərzində Bakı şəhəri və regionları ziyarət edəcək Özbək jurnalistlər, keçiriləcək görüşlərdə, tədbirlərdə iştirak edərək öz ölkələrinə qayıtdıqdan sonra yerli mətbuatda - Özbək xəbər saytlarında ölkəmizlə bağlı silsilə məqalələr veriləcək, Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, ədəbiyyatı, son illər əldə etdiyi nailiyyətlətlərə dair Özbəkistanın televiziya kanallarında çoxsaylı verilişlər nümayiş etdiriləcək, Azərbaycan səfərinə dair film hazırlanacaqdır.

Bundan başqa, bir çox saytların “video” bölməsi olmasını nəzərə alaraq Azərbaycana və ölkəmizin regionlarına olan səfərlərə dair videomateriallar sonda özbək saytların video bölmələrində, habelə internetin “youtube.com” saytında yerləşdiriləcəkdir.

Səfər zamanı Bakıda Azərbaycan və Özbək jurnalistlər arasında yaradıcılıq görüşünün keçirilməsi, ölkəmizin zəngin tarixi, mədəniyyəti, turizm potensialının təbliği məqsədlə bir sıra şəhərlərində ziyarəti, habelə orada çəkilişlərin aparılması həyata keçiriləcəkdir.

Qonaqların 22 iyul - Azərbaycan Milli Mətbuatının yaradılmasının ildönümü, ilə bağlı Bakıda təşkil olunacaq tədbirdə iştirakı nəzərdə tutulub.

Bundan başqa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü və onun ağır nəticələrinin qardaş ölkənin media təmsilçiləri və yazarlarına çatdırılması məqsədi ilə Bakıda Şəhidlər Xiyabanı, Qubadakı Soyqırım abidəsi ziyarət ediləcək, Tərtər rayonunda təmas xəttindəki kəndlərə, Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinəqonaqların səfəri təşkil olunacaqdır.

Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü adlı mediaturda Özbək tarixçi – alim, araşdırmaçı, Özbəkistanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti barədə kitabların müəllifi Şuxrat Salamov, Özbəkistanın tanınmış yazarı-jurnalisti, aparıcı “Dərəxçi” xəbər saytının baş redaktoru Rüstəm Cabbarov,Özbək şairə, yazıçı, Azərbaycan ədəbiyyatından çoxsaylı tərcümələrin və kitabların müəllifi Şəhla Qasımova, “Uzbekistantoday” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, tanınmış jurnalist Dilbar Babacanova, ən çox oxunan “kun.uz” xəbər saytının jurnalisti Lola Raxmanbayeva, aparıcı “1news.uz” xəbər saytının baş redaktoruŞuxratjon Oripov, “kultura.uz” saytının baş redaktoru, tanınmış jurnalist Boris Babayev, Özbəkistan Dövlət Televiziyasınnın, “Dunyo boylab” telekanalının jurnalisti Elmira Tukhtavatulina, Özbəkistan Dövlət Televiziyasınnın və “Ailəvi kanalı”njurnalisti Gülya Safayeva və “102 FM” radiosunun jurnalisti, xəbər saytların muxbiri Rimma Sabircanova iştirak edirlər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi