Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1238

Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm konsert keçirilmişdir

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkədə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı həftəsi” çərçivəsində təşkil olunan konsertdə Azərbaycan Səfirliyinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi və üzvləri, Azərbaycandan tanınmış alimlər, Daşkənddə aparıcı universitetlərin müəllim və tələbələri, Özbəkistanın elm, mədəniyyət sahəsində mütəxəssislər, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu Cümhuriyyətin gələcəkdəki müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. barədə çıxış edib. O, 2018-ci ilin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edildiyini diqqətə çatdıraraq, xalqımızın istiqlal ideyaları, dövlətçilik ənənələri sahəsində əldə etdiyi nailiyyətlərin dünyaya çatdırılmasının vacib məsələlər olduğunu qeyd edərək, bu mövzuda Özbəkistanda keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.

Azərbaycanın “Kaspi” qəzetinin və təhsil şirkətinin rəhbəri, filologiya elmləri doktoru Sona Vəliyeva qarşısına müstəqil, azad və demokratik bir Cümhuriyyət qurmaq kimi şərəfli vəzifə qoyan Azərbaycanın mərd oğulları müstəqil dövlət yaratmaqla xalqımızın istiqlal tarixində mühüm bir səhifə açdıqlarını qeyd edib. Natiq Cümhuriyyət dövründə Azərbaycanın yaradıcı insanlarının fəaliyyəti, elmimiz, ədəbiyyatımızın inkişafı   haqqında danışaraq, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli özünüdərk, müstəqil dövlət qurmaq imkanlarına malik olduğunu sübut etdiyini və bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.

Özbək tarixçi Şuxrat Salamov XX əsrin əvəllərində çətin və mürəkkəb bir dövr olmasına baxmayaraq Türküstan və Azərbaycan xalqlarının öz istiqlaliyyəti uğrunda mücadilə etdiyini qeyd edərək, 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı nəsillərin yaddaşında Azərbaycan tarixinin ən parlaq səhifəsi kimi yadda qaldığını söylədi. Natiq bu istiqamətdə təbliğati tədbirlərin, mədəniyyət, ədəbiyyata aid layihələrin həyata keçirilməsinin vacib olduğunu söylədi.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistan Xalq Çalğı alətləri “SOQDİANA” Orkestrinin Azərbaycan bəstəkarlarının şedevr əsərlərindən ibarət konsert təqdim olundu.

Konsert proqramının bədii rəhbəri Özbəkistanın əməkdar artisti, professor Firuzə Abduraximova, drijor beynəlxalq müsabiqələr laureatı Qəhrəman Bazarov olub.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Koroğlu uverturası ilə başlayan konsertdə Azərbaycan xalq mahnısı “Sarı gəlin”, “Ay laçın” “Çahargah rapsodiyası”, “Anadır arzulara Qarabağ”, “Dostluq nəğməsi” və s. əsərlər səsləndirilmişdir.

Konsert proqramında Beynəlxalq müsabiqələr laureatı, Özbəkistanın tanınmış sənət ustaları Masuma Boltabaeva, Rüstəm Əlimərdanov, Səncər Qədirov, Sərdar Pirimov, Dilşod Fazilov, Lobar Cumadilova və başqaları milli musiqimizi ifa ediblər.

Konsert tamaşaçılar tərəfdən maraqla qarşılanıb və tədbir yerli KİV-lərdə geniş işıqlandırılıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi