Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2063

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrası, Nizami Gəncəvi adına Dostluq Mərkəzi yaradılacaqdır

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracədddinov arasında görüş keçirilmişdir.

Görüş zamanı xalqlarımız, iki dövlət arasında ədəbi-mədəni əlaqələr, hal-hazırda bu istiqamətdə həyata keçirilən tədbirlər, layihələr müzakirə edilib.

Samir Abbasov Azərbaycan – Özbəkistan arasında hər bir sahədə olduğu kimi mədəni-ədəbi sahədə də yüksək əməkdaşlığın olduğunu, dövlət rəhbərlərinin səyləri nəticəsində bugün bu əlaqələrin strateji partnyorluq səviyyəsinə çatdığını qeyd edib. O, iki ölkə arasında tarixi dostluq, mədəni, ədəbi əlaqələr barədə danışaraq, son zamanlar ölkəmizdə aparılan islahatlar, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzu, işğal nəticəsində mədəniyyətimizə, ədəbiyyatımıza dəyən ziyan barədə məlumat verib.

S.Abbasov Azərbaycan və Özbəkistan universitetləri, elm, təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə rəhbərlik etdiyi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın nüfuzlu Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti arasında əməkdaşlıq Memorandumunun imzalanmasını təklif edib.

Rektor Ş. Siracədddinov Azərbaycan mədəniyyətinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edərək, Tarixi İpək yolunun üzərində yerləşən hər iki xalqın bir-birinə çox yaxın olduğunu, eyni mədəniyyətə, adət və ənənələrə malik olduğunu qeyd edib.

O, iki tərəf arasında mədəni-ədəbi əlaqələr sahəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin gördüyü işlər, layihələri qeyd edərək, Özbəkistanın ali məktəblərində Azərbaycan otaqlarının yaradılması, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixinə dair Özbəkistanda Özbək dilində nəşrlərin işıq üzü görməsi, bədii filmlərin özbək dilinə dubliuaj olunması, bu sahədə çoxsaylı tədbirlərin, konfransların, görüşlərin keçirilməsini yüksək qiymətləndirdi. 

Görüş zamanı rektor Ş.Siracəddinov Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanacaq Memoranduma bir sıra tədbirlərin daxil edilməsini təklif edib. Azərbaycanın ali təhsil ocaqları, elmi araşdırma institutları ilə əlaqələrin yaradılması, onlarla birgə əməkdaşlığa dair memorandumların imzalanması istiqamətində işlərin aparılması, müvafiq razılıq əsasında Azərbaycanda mövcud olan  Əlişir Nəvai və b. Özbək sənətkarlarının əlyazmalarının surətlərinin Özbəkistana gətirilməsi, iki ölkə universitetləri, elmi müəssisələri arasında tələbə, doktorant mübadiləsi, ədəbiyyatımıza dair birgə nəşr layihələrinin reallaşdırılması və s.

Samir Abbasov çıxış edərək səsləndirilən təkliflərin maraqlı və hər iki tərəf üçün faydalı olduğunu qeyd edərək,  Daşkənddə Əlişir Nəvai adına Dövlət Universitetində Nizami Gəncəvi adına Azərbaycan-Özbəkistan Dostluq Mərkəzinin təşkili, yaradılacaq Mərkəzin bazasında Azərbaycan dili kafedrasının yaradılması, birgə Azərbaycanca-Özbəkcə, Özbəkcə Azərbaycanca sözlüyün-lüğətin yaradılması və s. təkliflər irəli sürdü.

Görüş zamanı irəli sürülər təkliflər, onların konkret icrası müzakirə edildi və təkliflərin Memoranduma daxil edilməsi razılaşdırıldı.

Yaxın günlərdə tərəflər rasında Memorandumun imzalanması planlaşdırılır.  

Sonda Samir Abbasov Daşkənddəki Əlişir Nəvai adına Özbək dili və ədəbiyyatı Universitetinin kitabxanası üçün Özbəkistanda son zamanar Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilində çap olunmuş kitabları rektor Ş.Siracəddinova hədiyyə etdi.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib