Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3453

Parisdə “Bakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib

Parisdə Heydər Əliyev Fondu, ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyimizin təşkilatçılığı ilə “Bakı Prosesi”nin 10 illik yubileyi qeyd edilib.

Tədbiri açan vəkil Alen Tremolyer “Bakı Prosesi” haqqında məlumat verib və bu platformanın mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürüldüyünü bildirib.

Alen Tremolyer “Bakı Prosesi” haqqında daha ətraflı danışmaq üçün sözü Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevə verib.

Əbülfəs Qarayev belə mühüm tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna, ölkəmizin Fransadakı səfirliyinə və UNESCO yanında daimi nümayəndəliyimizə təşəkkür edib. O deyib ki, bu il təkcə “Bakı Prosesi”nin 10 illiyi deyil, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunur. Nazir ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin ta qədimdən sülh şəraitində birgə yaşadıqlarını diqqətə çatdırıb. O, Azərbaycanın son on il ərzində müntəzəm olaraq dünya ölkələrinin siyasi, mədəniyyət və dini liderlərini bir araya gətirdiyini vurğulayıb. Bildirib ki, 2008-ci ildə Bakıda mədəniyyət nazirlərinin konfransında mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Prosesi” təşəbbüsünü irəli sürüb. 2010-cu ildə BMT-nin 65-ci sessiyasında Azərbaycan Prezidentinin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi çağırışı “Bakı Prosesi”ni regional təşəbbüsdən qlobal təşəbbüsə çevirdi. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ideyası UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndi və 2011-ci ilin aprel ayında Bakıda ilk Forum keçirildi. Həmin ildən etibarən hər iki ildən bir keçirilən Forumda ümumilikdə 160 ölkədən 6 min dövlət və hökumət rəsmisi, beynəlxalq təşkilatların rəhbərləri, mədəniyyət nazirləri və səfirlər, parlamentarilər, diplomatlar, QHT və media nümayəndələri, jurnalistlər, ekspertlər iştirak ediblər.

Mədəniyyət naziri ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söz açıb. O, 2016-cı ildə Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda 147 ölkədən 3 min nümayəndənin iştirak etdiyini diqqətə çatdırıb. BMT-nin Baş Məclisi “Dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və sülh naminə əməkdaşlığın təşviqi” adlı qətnaməsi ilə “Bakı Prosesi”ni yüksək qiymətləndirib və onu mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün mühüm qlobal platforma adlandırıb.

Nazir bu il Azərbaycan hökumətinin digər mühüm beynəlxalq tədbiri -Bakı Beynəlxalq Humanitar Forumunu “Bakı Prosesi” ilə birləşdirmək qərarına gəldiyini bildirib.

“Paytaxtımız Bakı şəhəri 2025-ci ildə “Ekspo” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Universal sərgi dialoq, qarşılıqlı fəaliyyət üçün yeni bir güclü platforma ola bilər. Əgər bizə 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etmək imkanı verilərsə, biz ondan bütün xalqlara eyni imkanlar yaradan əsl universal tədbir olması və hər kəsin bəhrələnməsinə, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfə verməsinə çalışacağıq”, - deyə Ə.Qarayev vurğulayıb.

Sonra BMT-nin Sivilizasiyalar Alyansının sabiq direktor müavini, “The Global Compass”ın təsisçisi və “Bakı Prosesi”nin işçi qrupunun üzvü Jan-Kristof Bas çıxış edərək bu prosesə ilk gündən qoşulduğunu bildirib. O, “Bakı Prosesi”nin əhəmiyyətindən danışıb, onun mədəniyyətlərarası dialoq haqqında düşünən, dünyanın bütün ölkələrindən olan böyük şəxsiyyətləri birləşdirdiyini diqqətə çatdırıb. Jan-Kristof Bas Azərbaycanın ənənələr, eləcə də müasirlik məkanı olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan ideyalar məkanıdır. Mədəniyyətlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi konkret layihələr bu ölkənin avanqard qabiliyyətini əks etdirir. Azərbaycan 100 il əvvəl müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkədir.

“Bakı Prosesi”nin 10 illik yubiley tədbiri konsert proqramı ilə davam edib. Konsertdə azərbaycanlı gənc pianoçu Elçin Şirinovu Andrea Di Biase (bass) və Deyv Hamblet (zərb) müşayiət ediblər. Konsert proqramında milli və xarici musiqilər səsləndirilib.

Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, mətbəxinə dair fransız dilində nəşrləri, eləcə də milli və klassik musiqimizdən ibarət hazırladığı disklər tədbir iştirakçılarına hədiyyə edilib.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib